
Vakansiya! Yay aylarında kim burda baş mühasib işləmək istəməz ki..
Müəssisələr Qusarda (Şahdağ qış-yay turizm kompleksinə yaxın) və Qubada (Qəçrəş yaxınlığında) yerləşir..
Quba şəhərində və Qusar şəhərində yerləşən istirahət mərkəzlərinə baş mühasib tələb edilir.
İş barədə məlumat:
- 1C Mühasibat proqramında uçotun aparılması,
- Daxili idarəetmə hesabatlarının verilməsi,
- Sənədləşmə prosesinin və mühasibat əməliyyatlarının üzərində ümumi nəzarət,
- Vergi, Dövlət Sosial Müdafiə Fonduna və digər dövlət orqanlarına hesabatların verilməsi.
- Müəssisələr Qusarda (Şahdağ qış-yay turizm kompleksinə yaxın) və Qubada (Qəçrəş yaxınlığında) yerləşir. Müəsisə turizm-istirahət mərkəzi sahəsində ixtisaslaşıb. Baş Mühasib planlı şəkildə həmin müəssisələrə baş çəkməli, onların mühasibat uçotunu aparmalı və digər yuxarıda tələb edilənləri hesabatları hazırlamağı bacarmalıdır.
- İşçi müəssisə ərazisində yerləşən, işçi heyyəti üçün nəzərdə tutulmuş yaşayış komleksində yaşayış yeri ilə təmin edilir. Yemək Şirkət tərəfindən verilir.
- Şəxsi nəqliyyat vasitəsinin olması və ya Quba-Qusar ərazisində yaşaması arzuolunandır.
Namizədə tələblər
- Ali təhsil
- Analitik düşünmə qabiliyyəti
- İlkin sənədlərlə və komandada işləmək bacarığı
- Ən azı mühasibat sahəsində 2 il iş təcrübəsi
- Azərbaycan dilndə səlis və rəsmi yazışmalar aparmaq bacarığı
- MS Office (Excel) və 1C (7,8) proqramlarında işləmək bacarığı
- Vergi orqanlarının, DSMF və Dövlət Statistika orqanlarının tələb etdiyi hesabatları hazırlamaq təcrübəsi və həmin orqanların proqram təminatlarında işləmək bacarığı
Əmək haqqı: 700-800 AZN (net/vergilər çıxıldıqdan sonra)
CV-lərinizi aşağıdakı elektron ünvanına göndərməniz xahiş olunur:
[email protected]
0 Komment
Şərh yazın