
Vakansiya! Alov qüllələrində işləyib 2000 manat qazanmaq imkanı
Öz gücünə inanmaq və gərgin iş mühitində son tarixləri prioritetlik baxımından təyin etmək, effektiv qərarlar qəbul etmək və işi müəyyən edilmiş müddətdə başa çatdırmaq qabiliyyəti olmalıdır
Maaş 1500 - 2000 AZN
İşəgötürən Fairmont Baku
Kateqoriya Sənaye və kənd təsərrüfatı » Mühəndis
Şəhər Bakı
Yaş 30 - 60
Təhsil Ali
İş təcrübəsi 5 ildən artıq
Əlaqədar şəxs Təhminə Əlayi
Telefon (012) 565 48 48
E-mail [email protected]
İş barədə məlumat
Vəzifə borcları:
- İcra Komitəsinin fəal üzvü və İlkin açılış qrupunun aparıcı iştirakçısı kimi, mühəndis-texniki şöbənin direktoru texniki bölmənin gündəlik fəaliyyətinə nəzarəti həyata keçirir
- Mühəndis-texniki şöbənin direktoru inşaat briqadası ilə sıx əlaqə saxlamaqla və işin keyfiyyətini təmin etməklə Hotelin ilkin açılışında məsləhətçi qismində fəal iştirak edir
- Bütün avadanlıqların düzgün quraşdırılmasını və rəvan işləməsini təmin etməkdən ötrü mülkiyyətçi qrupu ilə sıx əməkdaşlıq etmək
- Hotelin Enerji İdarəetmə Sistemlərini idarə etmək
- Texniki xidmətlə təsərrüfat işləri arasında mövcud ola biləcək çətinlikləri qonaqların və işçilərin gözlədiklərindən də artıq səviyyədə aşkara çıxarmaq üçün Təsərrüfat işləri müdiri ilə sıx əməkdaşlıq etmək
- Hotelin istismarında və saxlanmasında digər komandalara başçılıq etmək və dəstək göstərmək
- Öz “ibtidai” vəziyyətində qalan binanın işini yüngülləşdirməkdən ötrü qonaq otaqları, ictimai istifadə sahələri və təhlükəsizlik sistemləri üçün geniş profilaktik xidmət proqramına rəhbərliyi həyata keçirmək
- Qonaq xidmətlərini əlaqələndirmək və ortaya çıxan problemləri dərhal həll etmək üçün Otaqlar bölməsi, Qida və İçkilər şöbəsi və digər əlaqədar şöbələrlə sıx əlaqə saxlamaq
- Xidmət müqavilələrinə olan tələbatı nəzərdən keçirmək və yenidən qiymətləndirmək, bu cür prosesləri idarə edərkən məhsuldar nəticələr əldə etməyə çalışmaq
- Şöbənin aylıq maliyyə nəticələrini tənqidi nəzərdən keçirmək, yekunlaşdırmaq və proqnozlaşdırmaq
- Şöbənin cari xərclər smetasını və illik kapital qoyuluşu büdcəsini hazırlamaq
- Heyətin planlaşdırılması, muzdla tutulması və büdcəyə nəzarət vasitəsilə bütün əməkdaşların effektiv istifadəsini və məhsuldar fəaliyyətini təmin etmək
- «Fairmont Baku»nun Ekoloji Komissiyasının iclaslarında fəal iştirak etmək və sabit iş ekoloji mühiti dəstəkləmək üçün hoteldaxili ekoloji təşəbbüsləri yerinə yetirmək
- Qəza xidməti briqadasının yardımçı üzvü olmaq və yerli yanğınsöndürmə xidməti ilə sıx əlaqə saxlamaq
- «Fairmont Baku»nun Sağlamlıq və Təhlükəsizlik Komissiyasının fəal üzvü olmaq
- Şöbənin sağlamlıq, təhlükəsizlik və fövqəladə halların nəticələrinin aradan qaldırılması məsələləri üzrə prosedur təlim proqramlarını işləyib hazırlamaq, izləmək və fəaliyyət nəticələrini qiymətləndirmək
- işin həyata keçməsini təmin etməkdən ötrü təqdirəlayiq şəxsi nümunə və “nəyin bahasına olursa-olsun işi yerinə yetirməklə” açıq ünsiyyət, kollektiv iş və etiraf tanıma mühitini stimullaşdırmaq
- Kapital qoyuluşu layihələrinin planlaşdırılmasına, əlaqələndirilməsinə və icrasına daha çox önəm verməklə Strateji Planlaşdırma sessiyalarında iştirak etmək
- Sağlamlıq və təhlükəsizlik məsələlərinə şüurlu yanaşmaq və təhlükəsiz iş mühitinin qorunub saxlanmasında fəal iştirak etmək
- Fairmont Hotels & Resorts siyasətinə, proseduralarına və davranış qaydaları kodeksinə riayət etmək
- Bütün vaxtlarda daxili və xarici müştəri xidmətinin ən yüksək standartını qoruyub saxlamaq
Namizədə tələblər
İxtisas tələbləri:
- Baş mühəndis vəzifəsində, yaxşı olardı ki, Azərbaycanda və digər qərbi Avropa ölkələrində hotel işi sahəsində, ən azı 3 illik iş təcrübəsi
- İlkin açılış təcrübəsi
- İngilis və rus/türk dillərindən biri olmaqla ikidillilik dəyərlidir
- Mühəndis-texniki təyinata və ya əlaqədar hotel sistemləri təyinatı dəyərlidir
- Tikinti normaları, yanğından mühafizə, gigiyena və təhlükəsizlik texnikası kimi yerli normativ aktları yaxşı bilmək
- Şəxsi və sahə hədəflərinə ardıcıl nail olmaqda işçilərə yardım göstərilməsində sınanmış liderlik keyfiyyətlərinə malik olmaq
- Bütün vaxtlarda ən yüksək səviyyədə məhsuldarlığı təmin etmək üçün güclü problem-həlletmə keyfiyyətlərinə malik olmaqla tədbirli olmaq
- Yaradıcı və risklərə getmək üçün iradəli olmaq
- Enerjinin idarə edilməsi sahəsində konkret uğurlar qazanmaq
- Çeviklik və təzyiq altında yaxşı işləmək qabiliyyəti ilə nəticə əldə etməyə meylli olmaq
- Öz gücünə inanmaq və gərgin iş mühitində son tarixləri prioritetlik baxımından təyin etmək, effektiv qərarlar qəbul etmək və işi müəyyən edilmiş müddətdə başa çatdırmaq qabiliyyəti
- Təşkilatın bütün səviyyələrində başqaları ilə sağlam qarşılıqlı münasibətlər qurmaq və onlara təsir göstərmək bacarığı
İş üçün müraciət yalnız Online ərizə formasında qəbul olunur. Online ərizənin doldurulma qaydaları:
- Bizim karyera portalımıza baş çəkin: http://www.fairmontcareers.com
- Search Positions linkində new düyməsinə basın
- Menyudan istifadə edərək işin yerləşdiyi ərazi, işin kateqoriyası, vəzifənin adı və ya açar sözdən istifadə edərək iş axtarışı əməliyyatını yerinə yetirə bilərsiniz
- Vəzifəni seçin və ərizənizi Online təqdim edin
Qeyd: Ərizənin “Online Assesment” hissəsinə çatdıqda zəhmət olmasa diqqətli olun. Sizin iki seçiminiz olacaq: Online Assessment-i dərhal etmək və ya başqa vaxt etməyiniz üçün e-mail ünvanınıza göndərmək. Zəhmət olmasa əmin olun ki, ekranın yuxarı hissəsindəki “pop-ups”-a Online Assessment-i tamamlamanız üçün müvəqqəti olaraq icazə verilmişdir. Elektron ərizəniz yalnız Online Assesment-i etdikdən sonra tamamlanmış hesab ediləcək.
Mənbə:boss.az
0 Komment
Şərh yazın