Vakansiya! Mühasibin gözlədiyi Vakansiya elanı

Vakansiya! Mühasibin gözlədiyi Vakansiya elanı

MS Office proqramları (Word, Excel, PowerPoint, Outlook və s.) bilməlidir

Şirkətin Adi: Embafinans
Vəzifə:     Mühasib
Yüklenib/ Son tarix:     15 iyul / 15 avgust
İş yeri:     Baku
Contact Email:     [email protected]

Bank Olmayan Kredit Təşkilatı “EMBAFİNANS” 2012-cı ildən müştərilərinin xidmətindədir. Şirkət müştəri yönümlü strategiyanı özünün əsas prinsipi olaraq seçmiş və bu istiqamətdə əsaslı fəaliyyətə hədəflənmişdir. “EMBAFİNANS” BOKT“mühasib” vakansiyası elan edir:

Əsas vəzifə və öhdəliklər:

    Cəmiyyətin bütün mühasibat əməliyyatlarının gündəlik uçotunu aparmaq;
    Cəmiyyətin dövrü maliyyə hesabatlarını hazırlamaq;
    Gündəlik olaraq, bank hesabları və nağd pulun hərəkəti üzərində nəzarəti təşkil etmək;
    Kassanın açılması, bağlanması və kassa əməliyyatları üzərində nəzarəti təşkil etmək;
    Kredit ödənişlərinə nəzarət etmək;
    Satınalmalar üzrə müqavilələrin uçotunu aparmaq, icrasına nəzarət etmək;
    Əmək haqqı və ona bərabər tutulan ödənişlər üzrə hesablamaları və uçotu aparmaq;
    Ödəniləcək vergiləri və sığorta ayırmalarını hesablamaq və ödənilməsini təmin etmək;
    Mühasibat uçotu və hesabatlığa aid digər funksiyaları həyata keçirmək;
    Baş mühasibin mühasibat uçotu və hesabatlıqla bağlı digər tapşırıqlarını icra etmək.

Tələb olunan keyfiyyətlər:

    Ali, iqtisadi təhsil;
    MS Office proqramları (Word, Excel, PowerPoint, Outlook və s.);
    1C: Müəssisə 8.2;
    Azərbaycan dili mükəmməl (rus və ingilis dillərini bilmək üstünlük sayılır);
    Bank və ya bank olmayan kredit təşkilatında mühasibat sahəsi üzrə ən azı 2 il təcrübə;
    Yaş həddi: 23-30;
    Yalnız xanımlar.

Əsas bacarıqlar:

    Təşkilatçılıq və peşəkarlılıq;
    Yüksək konfidensiallıq və etibarlılıq;
    Strateji düşüncə və analitik qabiliyyət;
    Əlaqələndirmə və nəzarət edə bilmə qabiliyyəti;
    Gərgin iş qrafikində işləyə bilmə;


İş qrafiki: 5 gün / saat 09.00-18.00
Əmək haqqı (xalis) : 800-900 AZN

Müracət və seçim qaydaları:
CV (resume) – lər [email protected]  ünvanına göndərilməlidir.
Email göndərərkən Mövzu (Subject) hissəsindəmüraciət olunan vakansiya mütləq qeyd olunmalıdır. Əks halda ərizəniz natamam kimi qimətləndiriləcək və baxılmayacaq.

Yalnız ilkin seçilmiş namizədlərlə əlaqə saxlanılacaq və müsahibəyə çağırılacaq.
Lütfən qeyd olunan tələblərə cavab verənlər müraciət etsinlər.
Lütfən telefon vasitəsilə müraciət etməyin.

Mənbə:azerjobs.com

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər