
Vakansiya! Kredit təşkilatında mühasib işləmək istəyənlər üçün
Yalnız xanımlar və Yaş həddi: 23-30 olmalıdır
Vəzifə: Mühasib
İşə götürən: Embafinans BOKT
BOKT “EMBAFİNANS”
Bank Olmayan Kredit Təşkilatı “EMBAFİNANS” 2012-cı ildən müştərilərinin xidmətindədir. Şirkət müştəri yönümlü strategiyanı özünün əsas prinsipi olaraq seçmiş və bu istiqamətdə əsaslı fəaliyyətə hədəflənmişdir. “EMBAFİNANS” BOKT “ mühasib” vakansiyası elan edir:
Əsas vəzifə və öhdəliklər:
• Cəmiyyətin bütün mühasibat əməliyyatlarının gündəlik uçotunu aparmaq;
• Cəmiyyətin dövrü maliyyə hesabatlarını hazırlamaq;
• Gündəlik olaraq, bank hesabları və nağd pulun hərəkəti üzərində nəzarəti təşkil etmək;
• Kassanın açılması, bağlanması və kassa əməliyyatları üzərində nəzarəti təşkil etmək;
• Kredit ödənişlərinə nəzarət etmək;
• Satınalmalar üzrə müqavilələrin uçotunu aparmaq, icrasına nəzarət etmək;
• Əmək haqqı və ona bərabər tutulan ödənişlər üzrə hesablamaları və uçotu aparmaq;
• Ödəniləcək vergiləri və sığorta ayırmalarını hesablamaq və ödənilməsini təmin etmək;
• Mühasibat uçotu və hesabatlığa aid digər funksiyaları həyata keçirmək;
• Baş mühasibin mühasibat uçotu və hesabatlıqla bağlı digər tapşırıqlarını icra etmək.
Tələb olunan keyfiyyətlər:
• Ali, iqtisadi təhsil;
• MS Office proqramları (Word, Excel, PowerPoint, Outlook və s.);
• 1C: Müəssisə 8.2;
• Azərbaycan dili mükəmməl (rus və ingilis dillərini bilmək üstünlük sayılır);
• Bank və ya bank olmayan kredit təşkilatında mühasibat sahəsi üzrə ən azı 2 il təcrübə;
• Yaş həddi: 23-30;
• Yalnız xanımlar.
Əsas bacarıqlar:
• Təşkilatçılıq və peşəkarlılıq;
• Yüksək konfidensiallıq və etibarlılıq;
• Strateji düşüncə və analitik qabiliyyət;
• Əlaqələndirmə və nəzarət edə bilmə qabiliyyəti;
• Gərgin iş qrafikində işləyə bilmə;
Müracət və seçim qaydaları:
CV (resume) – lər [email protected] ünvanına göndərilməlidir.
Email göndərərkən Mövzu (Subject) hissəsində müraciət olunan vakansiya mütləq qeyd olunmalıdır. Əks halda ərizəniz natamam kimi qimətləndiriləcək və baxılmayacaq.
Sənədlərin son qəbul tarixi: 15 İyul 2013.
Yalnız ilkin seçilmiş namizədlərlə əlaqə saxlanılacaq və müsahibəyə çağırılacaq.
Lütfən qeyd olunan tələblərə cavab verənlər müraciət etsinlər.
Lütfən telefon vasitəsilə müraciət etməyin.
İş qrafiki: 5 gün / saat 09.00-18.00
Əmək haqqı (xalis) – 800-900 AZN
Mənbə:jobsearch.az
0 Komment
Şərh yazın