
Vakansiya! Bank sektorunda çalışmaq istəyənlər üçün elan
1010 AZN Əmək haqqı təklif edilir
Vəzifə: Kredit şöbəsinin mütəxəssisi ( Bakı filialı )
İşə götürən: Xalq Bank
Vəzifə: Bankın Bakı şəhərində yerləşən filiallarının Kredit şöbəsinin mütəxəssisi
Əmək haqqı:
Kiçik mütəxəssis: 760 AZN
Mütəxəssis: 1010 AZN
İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə
Şəhər: Bakı
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
(Vakansiya üçün qoyulan tələblərə cavab verməyən namizədlərlə əlaqə saxlanılmayacaq)
• Maliyyə, İqtisadiyyat, Menecment və Bank işi sahəsində alı təhsil;
• Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan;
• Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi vəzifəsində) işləyən namizədlərə üstünlük veriləcək;
• Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dilini yaxşı səviyyədə bilmək arzuolunandır);
• Ünsiyyətcil, təşəbbüskar;
• Komandada işləmək bacarığı;
• Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti;
• Riyazi hesablama aparmaq qabiliyyəti;
• Mükəmməl kommunikasiya qabiliyyəti,
• Ünsiyyətçil və mülayim olmaq;
• Stressə davamlılıq;
• Yüksək qavrama, öyrənmə və insanları inandırma qabiliyyəti;
• İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
• Kompüter bilikləri: Microsoft Office 2007, Microsoft Windows 7
İŞİN TƏSVİRİ:
• Müştəriyə bankın kredit məhsullarına dair məlumatın verilməsi;
• Kredit müraciətlərinin qəbulu və analizi;
• Müraciətlərin Bankın kredit komitəsində müdafiəsi;
• Kredit sənədlərinin tərtibi;
• Kredit portfelinə nəzarət və idarə etmək;
• Müştəri hesablarının aparılmasına dair xidmətlər;
• Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması.
Əlaqə üçün şəxs: Səidə Məmmədova
E - mail : [email protected]
(CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin)
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34
ASC “XALQ” BANKININ RAZILIĞI OLMADAN BU ELANIN WWW.JOBSEARCH.AZ SAYTINDAN BAŞQA SAYTLARDA YERLƏŞDİRİLMƏSİNƏ İCAZƏ VERİLMİR!
Mənbə:jobsearch.az
0 Komment
Şərh yazın