Vakansiya! Tanınmış kredit təşkilatından işçi elanı

Vakansiya! Tanınmış kredit təşkilatından işçi elanı

Ərizələrdə (CV və ya Resumelərdə) əmək haqqı gözləntisi mütləq qeyd edilməlidir

Vəzifə: Kredit Mütəxəssisi ( Ağdaş )
İşə götürən: İnkişaf üçün Maliyyə MMC

  Tələblər:

• Biznes və iqtisadi təhlil aparmaq qabiliyyəti və bacarığı;
• Riyazi və hesablama bacarıqları, sənədlərlə işləmək bacarıqları;
• İnsanlarla işləmək, dinləmək, ünsiyyətə girmək bacarıqları;
• Azərbaycan dilində səlis danışmaq və başa düşmək, fikri tam və başa düşülən səviyyədə ifadə etmək;
• Komanda şəklində işləmək bacarıqları;
• Kredit mexanizmləri haqqında müəyyən bilik və təcrübənin olması arzuolunandır;
• Biznes sferasında marketinq mütəxəssisi, mühasib, əmtəəşünas və ya uyğun sahələrdə təcrübəsi olanların nisbi üstünlüyü vardır;

Başlıca iş funksiyaları:

Kredit Mütəxəssisinin iş vaxtının əsas hissəsi kredit götürmək ehtimalı olan insanların fəaliyyət göstərdiyi yerlərdə, məsələn, yarmarka və ticarət mərkəzlərində, həmçinin, biznes obyektlərinin cəmləşdiyi ünvanlarda məlumat xarakterli, eləcə də, artıq kredit üçün müraciət etmiş şəxslərlə təhlil və araşdırma görüşlərinə, kredit götürmüş şəxslərlə monitorinq işlərinə sərf olunacaqdır.

Sənədlər aşağıdakı faks və ya elektron poçt ünvanlarında qəbul edilir:

Faks:  (994 12) 492 77 63 (dax: 11)  (Bakı)

E-poçt: [email protected]   

1. Ərizələrin (CV və ya Resume) qəbulu  16 İyul 2013-cü il tarixinədək davam edəcəkdir.
2. Ərizələrdə (CV və ya Resumelərdə) əmək haqqı gözləntisi mütləq qeyd edilməlidir.
3. Ərizələri (CV və ya Resumeləri) e-mail ünvanımıza göndərərkən mövzu yerinə müvafiq rayon üzrə "Ağdaş-Kredit Mütəxəssisi" yazmağınız xahiş olunur. Əks halda CV-nizə baxılmayacaq.
4. Yalnız müsabiqəyə dəvət olunan şəxslərlə əlaqə saxlanılacaq. Telefonla zəng etməməyiniz xahiş olunur.

 Mənbə:jobsearch.az

0 Komment

    Şərh yazın

    Xəbərlər