
Vakansiya! "Rafaeoglu"na HR menecer lazımdır...
Əmək Qanunvericiliyi, Əmək Məcəlləsi və Kadr Kargüzarlığı ilə bağlı qanunları yaxşı bilməlidir
Şirkətin Adi: Rafaeloglu
Vəzifə: İnsan Resursları üzrə menecer
Yüklenib/ Son tarix: 18 iyun / 18 iyul
İş yeri: Baku
Contact Email: [email protected]
Əlaqə telefonu: (012) 480 11 10
İş barədə məlumat:
İşçilərin işə qəbul olunması ilə bağlı lazım olan sənədlərin hazırlanması
İşçilərin işdən azad olunması ilə bağlı lazım olan sənədlərin hazırlanması
İşçilərə istənilən növ məzuniyyətin verilməsi üçün tələb olunan sənədlərin hazırlanması
İşçilərin vəzifələrinin dəyişdirilməsi zamanı tələb olunan sənədlərin hazırlanması
Əmək müqavilələrinin hazırlanması
Xəstəlik və ya digər üzürlü səbəblərə görə işdən azad olunmaqla bağlı lazım olan sənədlərin hazırlanması - İş tabelinin hazırlanması
Əmək müqavilələrinin, əmək kitabçalarının və şəxsi işlərin uçotunun aparılması
İşçilərin uçotunun aparılması
İşçilərin əmək nizam-intizamı qaydalarına (işə gəlmə vaxtı, işdən getmə vaxtı, istirahət, bayram günləri və s.) əməl etdiklərinə nəzarət edilməsi
İşə qəbul ilə bağlı elanlar hazırlamaq və lazım gələrsə onları internetdə, kütləvi informasiya vasitələrində və s. yerlərdə yerləşdirmək
İşə qəbul olunacaq işçilərlə müsahibələrin aparılması
Bütün işçilərin şəxsi işlərini hazırlamaq və onları saxlamaq
İşçilərin təlimi, onların bilik və bacarıq səviyyəsinin artırılması məqsədi ilə təlimlərin təşkil olunması üçün lazım olan bütün sənədləri hazırlamaq və s.
Namizədə tələblər:
Ən azı 3 il iş təcrübəsinə malik olmalıdır
Əmək Qanunvericiliyi, Əmək Məcəlləsi və Kadr Kargüzarlığı ilə bağlı qanunları yaxşı bilməlidir
Kompüter proqramlarını, Microfost Office proqramlarını yaxşı bilməlidir
Səbrli, təmkinli, işçilərlə ünsiyyət qurmaq bacarığı olmalıdır
Azərbaycan dilində sərbəst danışmağı, oxumağı və yazmağı bacarmalıdır
Rus və ingilis dillərində danışmağı bacarması arzuolunandır
Mənbə:azerjobs.com
0 Komment
Şərh yazın