Vakansiya! Kredit təşkilatı iş təcrübəsi olmayanları işə dəvət edir...

Vakansiya! Kredit təşkilatı iş təcrübəsi olmayanları işə dəvət edir...

Təcrübəsi olan və olmayanlar üçün işləmək şansı

Maaş    300 - 400 AZN
İşəgötürən    BOKT "Embafinans"
Kateqoriya    Maliyyə » Kredit mütəxəssisi
Şəhər    Bakı
Yaş    20 - 28
Təhsil    Ali
İş təcrübəsi    1 ildən 3 ilə qədər
Əlaqədar şəxs    Leyla Namazova
Telefon    (012) 436 93 74, 75, 76
Faks    (012) 436 79 45
E-mail    [email protected]

İş barədə məlumat

    Əsas vəzifə və öhdəlikləri
    - Müraciət etmiş müştərilərə kredit məhsulları barəsində məlumat vermək
    - Daxil olmuş bütün müraciətlərin qeydiyyatını aparmaq
    - Müştərilərin ödəmə qabiliyyətinin təhlil etmək
    - Kredit üzrə müvafiq sənədləşməni həyata keçirmək
    - Kredit portfelinə nəzarət etmək və gündəlik ödəmələri təqib etmək
    - İş qrafiki: 5 gün, saat 10.00-18.00 (şənbə 10.00-15.00)
    - Əmək haqqı (xalis) + aylıq bonus
    - Aylıq bonus verilmiş kreditlərin məbləğinə və portfel qalığına görə hesblanır
Namizədə tələblər

    Tələb olunan keyfiyyətlər
    - Ali təhsil (iqtisadiyyat, maliyyə-kredit, biznes, idarəetmə, hüquq və s.)
    - İş təcrübəsi – mütəxəssislərə ən azı 1 il
    kiçik mütəxəssilərə iş təcrübəsi tələb olunmur
    - Microsoft Office (xüsusən Word və Excel) proqramlarında sərbəst işləmək bacarığı
    - Azərbaycan dilində səlist danışmaq/yazmaq (xarici dil bilikləri olanlara üstünlük verilir)
    - Müştərilərlə ünsiyyət qurma və komanda ilə işləmə bacarığı
    - Məsuliyyətli, təşəbbüskar, dürüst, dəqiq və etibarlı kimi keyfiyyətlərə malik olmaq
    - Cinsi: Kişi
    - Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi vəzifəsində) işləyən namizədlərə üstünlük veriləcək
    - Hərbi xidməti bitirənlərə və ya hərbi xidmətdən möhlət hüququ olanlara üstünlük verilir

    Müracət və seçim qaydaları
    - CV (resume)–lər [email protected] göndərilməlidir
    - Email göndərərkən Mövzu (Subject) qrafasında iddia olunan vakansiya və region mütləq qeyd olunmalıdır. Əks halda ərizəniz natamam kimi qimətləndiriləcək və baxılmayacaq
    - Sənədlərin qəbul tarixi – 18 İyun 2013
    - Yalnız ilkin seçilmiş namizədlərlə əlaqə saxlanılacaq və müsabiqəyə çağırılacaq
    - Lütfən qeyd olunan tələblərə cavab verən və təklif olunan şətlərlə razı olanlar müraciət etsinlər
    - Lütfən telefon vasitəsilə müraciət etməyin
Mənbə:boss.az

0 Komment

    Şərh yazın

    Xəbərlər