
Vakansiya! Kredit təşkilatından 1700 manatlıq iş təklifi
Filail müdiri işləmək istəyənlər üçün şans
Maaş 1500 - 1700 AZN
İşəgötürən KredAqro BOKT
Kateqoriya İnzibati » Menecment
Şəhər Bərdə
Yaş 30 - 50
Təhsil Ali
İş təcrübəsi 3 ildən 5 ilə qədər
Telefon (012) 564 27 90
E-mail [email protected]
İş barədə məlumat
- Filialın fəaliyyəti ilə bağlı təkliflər vermək
- Ərizəçiləri qəbul edib onlarla danışıqlar aparmaq, bizneslərini təhlil edərək potensial müştəriləri seçmək
- İşçi heyətinin təlimatlandırılmasında iştirak etmək
- Borcalanların əmlakının qiymətləndirilməsini aparmaq
- Filialın maliyyə analizlərini aparmaq
- Yerli Kredit Komitəsində iştirak etmək
- Filialın kredit portfelinin keyfiyyətini idarə etmək
- Filialın personalını seçmək və idarə etməkdə filial ilə əməkdaşlıq etmək
- Borcalanların ödənişlərinin vaxtlı vaxtında aparılmasına nəzarət etmək
- Problemli kreditlərlə işləmək
Namizədə tələblər
- Maliyyə və kredit sahəsində ali təhsil
- Bank işi sahəsində təcrübə (ən azı 5 il)
- Mükəmməl idarəetmə və liderlik qabiliyyəti
- Filial yerləşən regionda kiçik və orta həcmli müəssisələrin işi ilə tanışlıq
- İqtisadi və biznes təhlilləri aparmaq qabiliyyəti
- Ünsiyyət yaratmaq qabiliyyəti, insanları tanımaq və onlarla işləmək bacarığı
- Ana dilindən əlavə rus və ya ingilis dilini bilmək
- Komputer bacarıqları (Windows Office applications)
- Sürücülük bacarığı və vəsiqəsi (üstünlük verilir)
Boss.az
0 Komment
Şərh yazın