
Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün tələb olunan sənədlər hansılardır ?
Bunun üçün nə qədər rüsum ödənilməlidir
Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün Akademik Həsən Əliyev küç., 36 ünvanında yerləşən "ASAN xidmət" mərkəzinə aşağıdakı sənədlərlə müraciət edə bilərsiniz:
1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin qeydiyyata alınması haqqında vəsiqə və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);
2. sürücülük vəsiqəsi (sürücülük vəsiqəsinin itirilməsinə görə onun dəyişdirilməsi halı istisna olmaqla);
3. qanunla müəyyən edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbz (bank və ya poçt qəbzinin əsli, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə ödənildikdə müvafiq ödəmə sistemindən çıxarış, ödəyicinin hesabından köçürüldükdə isə ödənişin icrasını təsdiqləyən bank və ya poçt sənədi);
4. 60 və daha çox yaşı olan şəxslər üçün, eləcə də siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xəstəlikləri olan şəxslər üçün tibbi arayış.
Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün dövlət rüsumu 18 manatdır. Mərkəzdə dövlət rüsumunun ödənilməsi xidməti mövcuddur.
Mənbə: asan.gov.az
1 Komment
Elyar 01 Oktyabr 2022
Salam mən Azərbaycan vətəndaşıyam və Ukrayna sürücülük vəsiqəsimi dəyişdirmək istəyirəm xaiş edirəm dövlət rüsumu nə qədərdir öyrənmək istəyirəm öncədən təşəkkür edirəm
Şərh yazın