Vakansiya! Qafqaz Lizinqdən maliyyə işçisi elanı

Vakansiya! Qafqaz Lizinqdən maliyyə işçisi elanı

Net olaraq 1200 manat təklif edilir...
 
Hal-hazırda “Qafqaz Lizinq” ASC Maliyyə şöbəsinin mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir.
 
Əsas vəzifə və öhdəliklər:
 
Beynəlxalq standartlara və yerli qanunvericiliyə uyğun mühasibat, maliyyə, vergi və idarəetmə uçotu sisteminin aparılması;
 
Dövri olaraq maliyyə və biznes göstəricilərinin təhlilinin hazırlanması;
 
Büdcənin icrasına nəzarət;
 
Pul vəsaitlərinin hərəkətinin planlaşdırılması;
 
Maliyyə risklərinin minimumlaşdırılması üçün təkliflərin verilməsi:
 
Tələb olunan keyfiyyətlər:
 
Ali təhsil (riyaziyyat, mühasibat və maliyyə arzuolunandır);
 
Maliyyə sahəsində 3-5 il iş təcrübəsi;
 
Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək bacarığı;
 
Azərbaycan dilində sərbəst danışmaq və yazmaq (İngilis dili bilənlərə üstünlük veriləcək); Beynəlxalq Maliyyə Standartları üzrə biliklər (İFRS);
 
Analitik mühakimə etmək qabiliyyəti;
 
Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
 
Əmək haqqı:
 
Namizədin iş təcrübəsi və bacarıqlarından asılı olaraq 1000-1200 AZN (net)
 
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (Maliyyə şöbəsinin mütəxəssisi) qeyd etməklə göndərmələri xahiş olunur. Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!
 
Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:
 
Ünvan: Bakı şəh., Binəqədi şossesi 168B
Tel: (99412) 991
 
“Qafqaz Lizinq” ASC haqqında ətraflı məlumatı www.qafqazleasing.com web səhifəsindən əldə edə bilərsiniz.
 
Mənbə: jobsearch.az
 

0 Komment

    Şərh yazın

    Xəbərlər