Vakansiya! Kredit təşkilatı Bakı, Sumqayıt və Gəncə şəhərlərində yerləşən filiallar üçün kredit işçisi axtarır

Vakansiya! Kredit təşkilatı Bakı, Sumqayıt və Gəncə şəhərlərində yerləşən filiallar üçün kredit işçisi axtarır

Yaxşı analitik, biznes təhlili bacarıqları (müştərilərinin kredit verə bilmə qabiliyyətinin qiymətləndirilməsi) olmalıdır

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı BAKI, SUMQAYIT VƏ GƏNCƏ ŞƏHƏRİNDƏ yerləşən filialları üçün KİÇİK VƏ ORTA SAHİBKARLIQ ÜZRƏ KREDİT İŞÇİSİ vəzifəsinə işçi axtarışı elan edir. KOS Kredit İşçisi KOS kredit portfelinin inkişafı və bu istiqmətdə xidmətlərin göstərilməsi, həmçinin, KOS müştəriləri ilə əlaqələrin qurulması üzrə fəaliyyət göstərir.
“FINCA Azerbaijan” Azərbaycan üzrə 140,000 nəfərdən çox müştərisi olan və sürətlə inkişaf edən bir mikromaliyyə təşkilatıdır. 

Aşağıdakı şərtlərə uyğun gələn namizədlər ərizə ilə müraciət edə bilərlər.
• Ali təhsil;
• Yaxşı ünsiyyət və satış bacarıqları (müştərilərin cəlb edilməsi);
• Yaxşı analitik, biznes təhlili bacarıqları (müştərilərinin kredit verə bilmə qabiliyyətinin qiymətləndirilməsi);
• İngilis dilini  və/ və ya Rus dilini səlis bilənlərə-üstünlük verilir;
• İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
• Biznes kreditlərinin (Mikro və Kiçik və Orta Sahibkarlıq) verilməsində ən azı 6 ay iş təcrübəsi olanlara üstünlük verilir;

“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, xahiş edirik, öz tərcümeyi-halınızı (CV) 07 İyun 2013-cü il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№253/13) qeyd etməklə göndərə bilərsiniz.

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:

Bakı şəh, C.Cabbarlı küç., 44, Caspian Plaza 3-cü korpus, 8-ci mərtəbə.   Tel: (012) 596 33 85\86\87;


“FINCA Azerbaijan” haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.

0 Komment

    Şərh yazın

    Xəbərlər