
Vakansiya! Fincanın region filialında İnzibati Köməkçi işləmək şansı
Ali və ya orta texniki təhsil önəmlidir
Şirkətin Adi: FINCA Azerbaijan
Vəzifə: İnzibati Köməkçi
Yüklenib/ Son tarix: 31 may / 14 iyun
İş yeri: Siazan
Contact Email: [email protected]
FINCA Azerbaijan Qeyri-Bank Kredit Təşkilatı Şabran filialının Siyəzən ofisi üçün İnzibati Köməkçi vəzifəsinə işçi axtarışı elan edir. İnzibati Köməkçi filialdaki ofis ləvazimatlarının və avadanlıqlarının təchizatına nəzarət edəcək, göndərilən sənədlərini nizamlayacaq və lazımi inzibati dəstək göstərilməsinə məsul olacaq. “FINCA Azerbaijan” Azərbaycan üzrə 136,000 nəfərdən çox müştərisi olan və sürətlə inkişaf edən bir mikromaliyyə təşkilatıdır.
İnzibati Köməkçi vəzifəsi üçün tələb olunanlar:
Ali və ya orta texniki təhsil;
Peşəkar ofis mühitində müəyyən təcrübə. Xarici təşkilatda iş təcrübəsi olanlara üstünlük veriləcək;
Azərbaycan dilində sərbəst danışmaq və yazmaq. Rus və İngilis dilini bilənlərə üstünlük veriləcək;
Microsoft Office proqramları ilə işləmək və sürətli çapetmə bacarığı;
Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı;
İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
Müştərilərlə davranış etikası.
FINCA Azerbaijan öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 14 İyun 2013-cü il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№260/13) qeyd etməklə göndərə bilərsiniz.
Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!
Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:
Ünvan: Şabran rayonu, H. Əliyev pr, Telefon: (023) 353 22 50; (055) 455 25 66
Siyəzən, H.Əliyev küç.
FINCA Azerbaijan haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.
Mənbə:azerjobs.com
0 Komment
Şərh yazın