Vakansiya! Özünə güvənənlər üçün təklif

Vakansiya! Özünə güvənənlər üçün təklif

Bankda şöbə müdirinə işləmək üçün 1800 manat təklif edilir

İşəgötürən    DəmirBank
Kateqoriya    Maliyyə » Bank xidməti
Şəhər    Bakı
Yaş    23 - 35
Təhsil    Ali
İş təcrübəsi    3 ildən 5 ilə qədər
Əlaqədar şəxs    Cəmilə Abbasova
Telefon    (012) 149
E-mail    [email protected]

İş barədə məlumat

    - Cari məhsullarının şərtlərinin və təkliflərin hazırlanması
    - Bankda mütəmadi olaraq yeni məhsul və xidmətlərin yaradılması, bazara çıxarılması ilə bağlı təkliflərin hazırlanması
    - Yeni məhsul və xidmətlərin tətbiq edilməsinin təşkili və təmin edilməsi
    - Bazara çıxarılmış məhsul və xidmətlərin auditinin aparılması, məhsulun satış dövrünün daimi olaraq izlənməsi, Bankın məhsul və xidmətlərinin SWOT təhlilinin aparılması
    - Bazarda rəqabət qabiliyyəti aşağı olan məhsulların inkişaf etdirilməsi üçün təkliflərin hazırlanması
    - Bankın məhsul və xidmət portfelində olan, cari bazar tələblərinə uyğun olmayan, köhnəlmiş məhsul və xidmətlərin müştərilərə təqdim edilən məhsul və xidmət portfelindən çıxarılması və ya yenisi ilə əvəz olunması
    - Yeni məhsulların yaradılması və inkişfı üçün Bankın struktur bölmələrindən daxil olan yeni təşəbbüslərin araşdırılması və dəstəklənməsi

Namizədə tələblər

    - Yeni məhsulların yaradılması və tətbiqi sahəsində iş təcrübəsi minimum 3 il
    - Azərbaycan, rus və ingilis dili biliyi
    - Kompüter biliyi: MS Office proqramları
    - İdarəçilik qabiliyyətinin olması
    - Komandada işləmə bacarığının olması

    Tərcümeyi-hal və ya müraciət məktubunuzda konkret olaraq müraciət etdiyiniz vəzifəni göstərməyiniz xahiş olunur.
Mənbə:boss.az

0 Komment

    Şərh yazın

    Xəbərlər