Xarici şirkətə ödənilən vəsait vergi öhdəlikləri

Xarici şirkətə ödənilən vəsait vergi öhdəlikləri

Vergilər Nazirliyi bu məsələyə aydınlıq gətirir...

Sual: Salam. Biz xarici ölkənin hesabına (hüquqi şəxsdir) 60000 RUR göndərməliyik. Bunun üçün mən hansı vergini verməliyəm? Əvvəlcədən sizə öz təşəkkürümü bildirirəm.
Həsənova Pərvanə

Cavab: Bildiririk ki, rezident şirkətin qeyri-rezident şirkətinin ona göstərdiyi xidmətlər üzrə vergi öhdəlikləri Vergi Məcəlləsinin 17-ci maddəsi ilə qeyd olunan vergi agenti statusundan irəli gəlir və bu öhdəliklər vergi agenti kimi onun tərəfindən Vergi Məcəlləsinin 125-ci, 150-ci, 159-cu, 161-ci, 166-cı, 168-ci və 169-cu maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilərək müvafiq vergiləri hesablamalı, onu vergi ödəyicindən tutulmalı və bəyan edilməklə təyinatı üzrə köçürülməlidir.
          Belə ki, qeyri-rezidentin daimi nümayəndəliyinə aid edilməyən və Vergi Məcəlləsinin 13.2.16-cı maddəsinin müddəalarına uyğun olaraq qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyənləşdirilən ümumi gəlirindən (görülmüş işlərin, göstərilmiş xidmətlərin ümumi dəyərindən) rezident fiziki və ya hüquqi şəxs tərəfindən vergi agenti kimi ödəmə mənbəyində xərclər çıxılmadan gəlirin növündən asılı olaraq müvafiq dərəcə ilə vergi tutulmalı, gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” vergi orqanına təqdim edilməklə, vergi agenti ƏDV ödəyicisi olduqda ödəmə mənbəyində tutulmuş verginin məbləğini həmin müddətdə, vergi agenti ƏDV ödəyicisi olmadıqda isə qeyri-rezidentə ödəmə verildikdən sonra ödəmə mənbəyində tutulmuş vergini 7 gün ərzində dövlət büdcəsinə ödənilməlidir.

Bununla belə, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə, vergi agenti qeyri-rezidentə ödənməli olan məbləğə (ƏDV nəzərə alınmadan) 18 faiz dərəcə ilə ƏDV tətbiq etməli, bəyan etməklə dövlət büdcəsinə ödəməlidir.
Göründüyü kimi, burada qeyri-rezidentin gördüyü işlərə və göstərdiyi xidmətlərə görə ona ödənilməli olan məbləğdən işlərin və xidmətlərin alıcısı kimi vergi agenti çıxış edir və bu zaman qeyri-rezidentdən ödəmə mənbəyində müvafiq vergiləri hesablayıb ödəmək öhdəliyi daşıyır.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı
 

0 Komment

    Şərh yazın

    Xəbərlər