
Vakansiya! Kargüzarlıq sahəsində çalışmaq istəyənlər üçün
Kargüzarlıq işinin aparılması, rəhbərliyin adına gələn korrespendensiyanın qəbul edilməsi, onların sistemləşdirilməsi, rəhbərlik baxdıqdan sonra iş prosesində istifadə edilməsi və ya cavab hazırlamaq üçün onu bölmələrə və ya konkret icraçılara verilməsi və nəzarət altına alınması, rəhbərliyin tapşırığının yerinə yetirilməsi müddətinə nəzarət edilməsi
Vəzifə: Kargüzarlıq üzrə mütəxəssis
Struktur hissəsi: İnzibati şöbə
Birbaşa tabeçilik: İnzibati şöbənin meneceri
MƏSULİYYƏT VƏ VƏZİFƏLƏRİ:
• Cəmiyyətin struktur bölmələrindən və ya icraçılardan rəhbərliyə lazım olan məlumatların alınması, onun tapşırığı ilə işçiləri çağırılması;
• Cəmiyyətin rəhbərliyinin iş yerinin dəftərxana ləvazimatı, texniki-təşkilati vasitələrlə təmin edilməsi, onun səmərəli işləməsinə şərait yaradılması;
• Kargüzarlıq işinin aparılması, rəhbərliyin adına gələn korrespendensiyanın qəbul edilməsi, onların sistemləşdirilməsi, rəhbərlik baxdıqdan sonra iş prosesində istifadə edilməsi və ya cavab hazırlamaq üçün onu bölmələrə və ya konkret icraçılara verilməsi və nəzarət altına alınması, rəhbərliyin tapşırığının yerinə yetirilməsi müddətinə nəzarət edilməsi;
• Cəmiyyətin rəhbərliyinin telefon danışıqlarının təşkil edilməsi, telefonoqrammaların qəbul edilməsi, göndərilməsi və rəhbərlik olmadığı vaxtda alınan xəbərlərin qeyd edilməsi və aldığı məlumatın məzmununun ona çatdırılması;
• Müəssisə-daxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi;
• Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
• Fəaliyyəti ilə bağlı mütəmadi hesabatlar hazırlanıb birbaşa rəhbərinə təqdim edilməsi;
• Birbaşa rəhbərinin konkret tapşırıq və göstərişlərini yerinə yetirilməsi.
Tələblər: Ali təhsili;
Kompüterlə işləmək bacarığı;
Azərbaycan, ingilis və rus dillərini bilmək;
Kargüzarlıq sahəsində azı 3 il stajı.
Fərdi keyfiyyətlər: Kommunikabellik;
Məsuliyyətlilik;
Ünsiyyətcil;
Diqqətlilik;
Əlaqələndirmə bacarığı.
Məşqulluq: Tam.
Email: [email protected]<mailto:[email protected]
CV göndərilərkən vakansiyasının başlığının yazılması mütləqdir.
0 Komment
Şərh yazın