
Vakansiya! Kredit təşkilatda filial müdiri işləmək istəyənlər üçün ŞANS
12 region üçün filial müdiri elanı
Vəzifə: Filial müdiri
Maaş 700 - 800 AZN
İşə götürən MolBulak Bank OlmayanKreditTəşkilatı
Şəhər Qusar, Zaqatala, Ağsu, Səlyan, Şəmkir, Liman ( Lənkəran ), Şamaxı, Ağdam, Şirvan, Gədəbəy, Lerik, Boradigah
Yaş 27 - 42
Təhsil Ali
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs Nərgiz İbrahimova
Telefon (012) 488 05 10
E-mail [email protected]
İş barədə məlumat
Yeni açılan filiallara (Qusar, Zaqatala, Ağsu, Səlyan,Liman(Lənkəran), Biləsuvar, Şəmkir, Şamaxı,Lerik,Boradigah) filial müdiri vakansiyası elan edirik.
Məsuliyyət sahələri:
Kredit menecerinə etibar olunmuş büronun plan göstəricilərinə nail olma
- Büronun kredit portfelinin keyfiyyətini təmin etmək
- Büroda kredit prosesini təmin etmək
- Büronun kredit işçilərinin peşəkar səriştələrinin artırılması
Məsuliyyət sahələri üzrə öhdəliklər:
Şirkətin plan göstəricilərinin əldə edilməsi:
- Şirkətin plan göstəricilərinə nail olmaq üçün Kredit mütəxəssislərinin əsas fəaliyyətlərini idarə edir
- Göstəricilərin keyfiyyətli artımı məqsədilə kredit prosesilə bağlı bütün daxili prosedurlara riayəti təmin edir
- Şirkətin plan göstəricilərinə nail olmaq üçün kreditlərin məbləğ və müddətlərinə düzəlişlər edir
- Müştərilərin ticarətinin aparılması və idarəsi üzrə onlara zəruri hallarda məsləhətlər təqdim edir
Büronun kredit portfelinin keyfiyyətinin təmin olunması:
- Potensial müştərilərin yenidən kreditləndirilməsi vəziyyətini, verilmiş kreditlərin qaytarıla bilmə vəziyyətlərini təhlil edir
- Büronun kredit portfelinin keyfiyyətinə təsir edən daxili risklərin aşkarlanması məqsədilə büronun kredit işçilərinin kredit fəaliyyətinin müntəzəm təhlilini həyata keçirir
- Müştərilərin kreditləndirilməsində problemli hallara yol verilməməsi və onların həlli istiqamətində sistematik tədbirlər keçirir
Şirkətin kredit prosesinin təmin olunması:
- Kreditlərin nəzərdən keçirilməsi və təsdiq olunması prosesini, büroda ticarət proseslərinin həyatake çirilməsini əlaqələndirir
- Kredit prosesində istifadə olunan Şirkətin bütün prosedur və normativ sənədlərinə Kredit qulluqçuları tərəfindən riayət olunduğunun monitorinqini və nəzarətini həyata keçirir
- Şirkətin əsas göstəricilərinə təsir edən kredit işçiləri tərəfindən kredit prosesi tələblərinin pozulması faktlarını aşkar edir
Şirkətin kredit işçilərinin peşəkarlıq səriştələrinin artırılması:
- Həvalə olunmuş büronun əməkdaşlarının potensialını aşkar edir və səmərəli istifadə edir
- Şirkətin kredit işçilərinin peşəkar imtahanını keçirir və rəhbərlik üçün təhlili hesabat hazırlayır
- Kredit işçilərinin təlim planı hazırlanmasında tövsiyyələr verir
- Kreditləndirmə üzrə bilik və vərdişlərin keyfiyyətli ötürülməsi üçün tədris vəsaitlərinin hazırlanmasında iştirak edir, daxili və / və ya xarici mənbələrin cəlb olunması ilə təlimlər keçirilməsi təşəbbüsü ilə çıxış edir
Namizədə tələblər
İxtisas tələbləri:
- Maliyyə / iqtisad sahəsinə üstünlük verilməklə ali təhsil
- Azı 1 il baş kredit qulluğunda iş təcrübəsi
- Kiçik və ya orta ticarətdə iş təcrübəsinə üstünlük verilir
- Kreditləndirilmə prosesi, normativ sənəd və təlimatları, korporativ prosedur və təlimatların əməli bacarığı
- Kompüterdə Windows, Word, Excel proqramlarında əməli iş vərdişləri
- Xidməti ezamiyyətlərə getmə hazırlığı
Peşəkar səriştələr:
- Ümumilikdə bazarın və iqtisadiyyatın müxtəlif sektorlarının region və respublikada inkişaf meylləri haqqındakı məlumatlardan xəbərdar olmaq və onları məqsədəuyğun istifadə etmək
- Azərbaycan və rus dillərində savadlı yazı və şifahi vərdişlərə malik olmaq
- Müştərilərlə uzun müddətli əlaqələr qurma və onları təsirli şəkildə davam etdirmə qabiliyyəti
- Müstəqil işləməyi bacarmaq və eyni zamanda komandanın bir hissəsi olmaq
- İdarəetmə səriştələrinə malik olmaq, ağırlığın bölüşdürülməsi, kredit əməkdaşlarının fəaliyyətinin monitorinqi və nəzarətini yerinə yetirmək
Şəxsi səriştələr:
- Nəticəyə istiqamətlənmə
- Liderlik keyfiyyətləri, komanda təşkiletmə səriştələri
- Mükəmməl özü öyrənmə və başqalarını öyrətmə qabiliyyəti
- Analitik düşüncə
- Qəbul edilmiş qərara görə məsuliyyət götürmə bacarığı
- Düzgünlük və əxlaqlılıq
CV-lərinizi göndərərkən mövzuya
Mənbə:jobsearch.az
0 Komment
Şərh yazın