
Vakansiya! Tanınmış kredit təşkilatda mühasib köməkçisi işləmək
AzərKredit Kredit təşkilatının region filialında işləmək şansı
Vijn Fond AzərKredit Ağcabədi filialına Mühasib köməkçisi vəzifəsinə işçi qəbulu elan edir.
Əsas vəzifə və öhdəlikləri:
Bütün növ hesab-fakturaları, xərc sənədlərini və ödənişə müraciətləri qəbul və icra etmək;
Hesablamaları yoxlamaq və dəqiqliklə hesablar sisteminə köçürmək;
Mini kassa üzrə gündəlik əməliyyatları icra etmək;
Mühasibat faylları ilə bağlı işləri dəqiq və vaxtında icra etmək;
Ödəniş üçün çekləri hazırlamaq;
Ödəniş sənədləri, qayimələr, tədarük sifarişləri, kreditor borcu üçün qovluqların saxlanılması və yenilənməsini həyata keçirmək;
Birbaşa rəhbər və ya müvafiq şəxslərin müraciəti əsasında faylları və ya məlumatları, o cümlədən proseslər, fotosurətlər, fayllar sənədləri və hesabatları hazırlamaq;
Mövcud qaydalara müvafiq olaraq faylları və hesabatları hazırlamaq, saxlamaq və ləğv etmək;
Mühasibat əməliyyatlarını əllə, yaxud kompüterdə icra etmək və yeniləmək;
Hesablara və xərc mərkəzinə uyğun olaraq uçotun aparılması;
Birbaşa rəhbərin təsdiqi üçün mühasibat jurnalının hazırlanması;
Qayimələr, tədarük sifarişləri və digər mühasibat sənədlərini yoxlamaq və düzəlişlər etmək;
Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:
Mühasib dərəcəsi və ya maliyyə/mühasibatlıq sahəsində ali təhsil;
Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;
Mühasibatlığa dair cari qanunvericilik aktlarına dair bilik;
Azərbaycan dilində sərbəst yazı və danışıq qabiliyyəti (ingilis dili arzu olunandır);
Əla kompüter bilikləri (Excell, Word və mühasibatlıq sistemlərini üzrə);
İqtisadi və maliyyə mövzuları üzrə yaxşı biliyə sahib olmaq;
Yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
Təşəbbüskar, qərar qəbul etmə bacarıqlı, komandanı həvəsləndirmək və idarə etmək qabiliyyəti;
Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
Şirkətin missiyasına və əsas dəyərlərinə uyğun davranışlar nümayiş etdirməyə hazır olmaq;
Əla ünsiyyət qurma bacarıqlı, yaxşı komanda üzvü, səmimi şəxsiyyət olmalı;
İşçi heyəti ilə işləmək bacarığına malik olmalı;
AzərKredit rəqabətli bir mühitdə fəaliyyət göstərir və təşəbbüskar, daim inkişafda olan dinamik namizədlər axtarışındadır. Yuxarıdakı tələblərə cavab verən maraqlı namizədlərdən xahiş olunur ki, AzərKredit-in iş üçün anket formalarını (CV), hansı ki, namizədlərin bu vəzifəyə olan maraqlarını ifadə edir, dolduraraq 31 may 2013-ci il tarixinədək təqdim etsinlər. AzərKredit-in iş üçün elektron anket formaları aşağıda göstərilmiş e-mail vasitəsilə də təqdim oluna bilər.
İşə qəbul anketini http://azercredit.az/az/career/how_to_apply saytından yükləyə və ya Ağcabədi filialından əldə edə bilərsiniz.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Ağcabədi filialına Mühasib köməkçisi) göstərin. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.
Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
E-ünvan: [email protected];
Faks: +99412 597 30 39
0 Komment
Şərh yazın