
Vakansiya! Kredit təşkilatından 1200 manatlıq əmək haqqı təklifi
İqtisadiyyat, idarəetmə və biznes və ya maliyyə-kredit sahəsində ali təhsil önəmlidir
İşə götürən:Vision Fund Azercredit
Vəzifə:Maliyyə-Kredit Mütəxəssisi
Şəhər:Ağcabədi
Telefon:012-597-48-18
E-mail:[email protected]
İş barədə məlumat
1. İdarəetmə sahəsində
- Bütün müvafiq məlumatları nəzərdən keçirdikdən sonra fərdi kredit ərizələri üzrə Kredit Komitəsinə uyğun yazılı rəy vermək
- Tələb olunan hesabatları hazırlamaq
- Prosedur qaydaları ilə tələb olunduğu kimi kredit portfelinin yüksək keyfiyyətini saxlamaq
- Meneceri tərəfindən tələb olunanda yığıncaqlarda iştirak etmək
- Kredit komitələrinə rəhbərlik etmək
- Qızıl qəbulu prosesində iştirak etmək və qızıl qəbulu və qaytarılması aktlarını şirkət adından imza və möhürlə təsdiq etmək
- Tabeçiliyində olan heyəti idarə etmək
- Tabeçiliyində olan bütün kredit mütəxəssislərinin müştərilərinə vizitlər etmək
- Kredit almış müştərilərin biznesinə və ya evlərində monitorinqlər aparmaq
- Ehtiyac olduqda Filialın menecerini əvəz etmək
- İşçilərin İllik qiymətləndirmə prosesində iştirak
- Müştəri və portfelin kəmiyyətini və keyfiyyətini hədəfə uyğun təmin etmək
2. Nəzarət sahəsində
- Tabeçiliyində olan işçilərin monitorinq planını birlikdə tərtib etmək və planın yerinə yetirilməsinə nəzarət etmək
- Qaytarılmayan kreditlər üçün şəxsi məsuliyyət daşımaq və yığım üçün bütün mümkün məsələləri Filial meneceri və Kredit mütəxəssisləri ilə birgə işləyərək həll etmək
- Hər hansı bir potensial problem barəsində menecerinə vaxtında məlumat verir, lazımi tədbirlərin görülməsi üçün yarana biləcək istənilən problem barəsində xəbərdarlıq etmək
- Vaxtında vizitlər təşkil etmək və kreditin təsdiqinin icrasına nəzarət və dolayı qiymətləndirmək
- Məlumat İnformasiya sistemində müştəri ərizəsi əsasında daxil olunan məlumatları yoxlayaraq təsdiqləmək
Mənbə:boss.az
0 Komment
Şərh yazın