Vakansiya! Azersunun HR departmentində işləmək istəyənlər üçün

Vakansiya! Azersunun HR departmentində işləmək istəyənlər üçün

İnsan Resurslarını özünə peşə olaraq seçmiş və bu istiqamətdə karyera qurmaq arzusunda olan şəxslər Şirkətlər Qrupumuzun İnsan Resursları Departamentində işə dəvət olunurlar.

Vəzifə:Insan Resursları Mütəxəssisi

İşə götürən: Azersun

İnsan Resurslarını özünə peşə olaraq seçmiş və bu istiqamətdə karyera qurmaq arzusunda olan şəxslər Şirkətlər Qrupumuzun İnsan Resursları Departamentində işə dəvət olunurlar.
 
Namizədə tələblər: 
 
-Menecment, iqtisadiyyat və digər sahələrdə ali təhsil;
-İnsan Resursları sahəsində ən az 1 il iş təcrübəsi;
-AR Əmək Məcəlləsini yaxşı səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı;
-Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı;
-Kadrlara aid olan normativ, metodik və digər rəhbər materialları bilməli;
-Kadrlar şöbəsinin əsasnaməsini, təlimat və digər rəhbər sənədləri, kadr işinin təşkilini və hesabatlarının tərtib edilməsini bilməli;
-Əmək kitabçalarının, şəxsi işlərin aparılması və qorunmasını bacarmalı;
-Kadrların hərəkətlərinin uçot metodlarını bilməli;
-MS Office proqramlarını, xüsusən Excel və Word, yüksək səviyyədə bilməli.

 
İş barədə məlumat:
 
-Əmək qanunvericiliyinə, şirkət nizamnaməsi və təlimatlara uyğun işçilərin qəbulu, köçürulməsi, kadrların ixtisasının artırılması və işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilməsi;
-Əmək kitabçalarının əmrlər əsasında doldurulması;
-Şəxsi heyətin uçotuna, çalışanlara cari və keçmiş əmək fəaliyətləri haqqında arayışların verilməsi, əmək kitabçalarını qorunması, kadrlar üzrə təyin olunmuş sənədlərin icra edilməsi, eləcə də işçilərin mükafatlandırılması üçün materialların hazırlanması;
-İşçilərin şəxsi işlərinin aparılması, formalaşdırılması;
-Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsi uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi;
-Kadrlar üzrə hesabatların tərtib edilməsi və tələb olunan yerə təqdim edilməsi;
-Kadrlar üzrə cari və perspektiv planların işləyib hazırlanması.
 
Vakansiya ilə maraqlanan şəxslərdən CV-lərini mövzu yerinə “İR mütəxəssisi” yazaraq  [email protected] ünvanına göndərməsi xahiş olunur. 
 Mənbə:jobsearch.az

0 Komment

    Şərh yazın

    Xəbərlər