Vakansiya! Özünə güvənənlər üçün, Əla imkan

Vakansiya! Özünə güvənənlər üçün, Əla imkan

Əmək haqqı  700 - 800 AZN təklif edilir
İşəgötürən    Mol Bulak Bank Olmayan Kredit Təşkilatı
Kateqoriya    İnzibati » Heyətin idarəolunması
Şəhər    Qusar
Yaş    27 - 42
Təhsil    Ali
İş təcrübəsi    1 ildən 3 ilə qədər
Əlaqədar şəxs    Nərgiz İbrahimova
Telefon    (012) 488 05 10
E-mail    [email protected]

İş barədə məlumat

    Məsuliyyət sahələri:
    - Kredit menecerinə etibar olunmuş büronun plan göstəricilərinə nail olma
    - Büronun kredit portfelinin keyfiyyətini təmin etmək
    - Büroda kredit prosesini təmin etmək
    - Büronun kredit işçilərinin peşəkar səriştələrinin artırılması

    Məsuliyyət sahələri üzrə öhdəliklər:
    Şirkətin plan göstəricilərinin əldə edilməsi:
    - Şirkətin plan göstəricilərinə nail olmaq üçün Kredit mütəxəssislərinin əsas fəaliyyətlərini idarə edir
    - Göstəricilərin keyfiyyətli artımı məqsədilə kredit prosesilə bağlı bütün daxili prosedurlara riayəti təmin edir
    - Şirkətin plan göstəricilərinə nail olmaq üçün kreditlərin məbləğ və müddətlərinə düzəlişlər edir
    - Müştərilərin ticarətinin aparılması və idarəsi üzrə onlara zəruri hallarda məsləhətlər təqdim edir

    Büronun kredit portfelinin keyfiyyətinin təmin olunması:
    - Potensial müştərilərin yenidən kreditləndirilməsi vəziyyətini, verilmiş kreditlərin qaytarıla bilmə vəziyyətlərini təhlil edir
    - Büronun kredit portfelinin keyfiyyətinə təsir edən daxili risklərin aşkarlanması məqsədilə büronun kredit işçilərinin kredit fəaliyyətinin müntəzəm təhlilini həyata keçirir
    - Müştərilərin kreditləndirilməsində problemli hallara yol verilməməsi və onların həlli istiqamətində sistematik tədbirlər keçirir
    Şirkətin kredit prosesinin təmin olunması:
    - Kreditlərin nəzərdən keçirilməsi və təsdiq olunması prosesini, büroda ticarət proseslərinin həyata keçirilməsini əlaqələndirir
    - Kredit prosesində istifadə olunan Şirkətin bütün prosedur və normativ sənədlərinə Kredit qulluqçuları tərəfindən riayət olunduğunun monitorinqini və nəzarətini həyata keçirir
    - Şirkətin əsas göstəricilərinə təsir edən kredit işçiləri tərəfindən kredit prosesi tələblərinin pozulması faktlarını aşkar edir
    Şirkətin kredit işçilərinin peşəkarlıq səriştələrinin artırılması:
    - Həvalə olunmuş büronun əməkdaşlarının potensialını aşkar edir və səmərəli istifadə edir
    - Şirkətin kredit işçilərinin peşəkar imtahanını keçirir və rəhbərlik üçün təhlili hesabat hazırlayır
    - Kredit işçilərinin təlim planı hazırlanmasında tövsiyyələr verir
    - Kreditləndirmə üzrə bilik və vərdişlərin keyfiyyətli ötürülməsi üçün tədris vəsaitlərinin hazırlanmasında iştirak edir, daxili və/və ya xarici mənbələrin cəlb olunması ilə təlimlər keçirilməsi təşəbbüsü ilə çıxış edir
Namizədə tələblər

    İxtisas tələbləri:
    - Maliyyə/iqtisad sahəsinə üstünlük verilməklə ali təhsil
    - Azı 1 il baş kredit qulluğunda iş təcrübəsi
    - Kiçik və ya orta ticarətdə iş təcrübəsinə üstünlük verilir
    - Kreditləndirilmə prosesi, normativ sənəd və təlimatları, korporativ prosedur və təlimatların əməli bacarığı
    - Kompüterdə Windows, Word, Excel proqramlarında əməli iş vərdişləri
    - Xidməti ezamiyyətlərə getmə hazırlığı

    Peşəkar səriştələr:
    - Ümumilikdə bazarın və iqtisadiyyatın müxtəlif sektorlarının region və respublikada inkişaf meylləri haqqındakı məlumatlardan xəbərdar olmaq və onları məqsədəuyğun istifadə etmək
    - Azərbaycan və rus dillərində savadlı yazı və şifahi vərdişlərə malik olmaq
    - Müştərilərlə uzunmüddətli əlaqələr qurma və onları təsirli şəkildə davam etdirmə qabiliyyəti
    - Müstəqil işləməyi bacarmaq və eyni zamanda komandanın bir hissəsi olmaq
    - İdarəetmə səriştələrinə malik olmaq, ağırlığın bölüşdürülməsi, kredit əməkdaşlarının fəaliyyətinin monitorinqi və nəzarətini yerinə yetirmək

    Şəxsi səriştələr:
    - Nəticəyə istiqamətlənmə
    - Liderlik keyfiyyətləri, komanda təşkil etmə səriştələri
    - Mükəmməl özü öyrənmə və başqalarını öyrətmə qabiliyyəti
    - Analitik düşüncə
    - Qəbul edilmiş qərara görə məsuliyyət götürmə bacarığı
    - Düzgünlük və əxlaqlılıq

    CV-lərinizi göndərərkən mövzuya "Filial müdiri" yazmağı unutmayın. Mövzu qeyd edilməyən CV-lərə baxılmayacaq.
    Yalnız kişi namizədlər müraciət edə bilər.

Mənbə:boss.az

0 Komment

    Şərh yazın

    Xəbərlər