
Vakansiya! Bank of Bakuda çalışmaq imkanı
Risklərin İdarə edilməsi Departamentinin Kredit Riskləri Şöbəsinin Eksperti üzrə işçi elanı
İşə götürən; Bank of Baku
Vəzifə: Risklərin İdarə edilməsi Departamentinin Kredit Riskləri Şöbəsinin Eksperti
Published / Deadline: 08 апреля / 08 мая
Duty Station: Баку
Contact Email: [email protected]
Bankımız haqda:
1994-cü ildə “Tuqay” adı altında ölkənin ilk kommersiya banklarından biri olaraq qeydiyyatdan keçmişdir. 1997-ci ilin fevral ayında təsisçilərin qərarı ilə bankın adı “Bank of Baku” Birgə Səhmdar Kommersiya Bankı adı ilə əvəzlənmişdir. 2004-cü ildən etibarən bankımız Açıq Səhmdar Cəmiyyət kimi fəaliyyət göstərir.Hazırda fəaliyyətdə olan 17 filial və 1 inzibati ofis müştərilərimizə bütün növ bank xidmətləri göstərir.
Bankımızın uzunmüddətli hədəfi fərdlərə, kiçik və orta biznesə müasir və keyfiyyətli maliyyə məhsulları və xidmətlərini təqdim edən aparıcı maliyyə qurumu kimi qalmaqla bərabər, həm də fəaliyyətini inkişaf etdirməkdir.
Əsas vəzifə və öhdəliklər:
Kredit risklərinin müəyyənləşdirilməsində iştirak edir
Kredit risklərinin kəmiyyət və keyfiyyət cəhətdən qiymətləndirilməsində iştirak edir
Kredit risklərinin monitorinqinin aparılmasında iştirak edir (riskin ölcüsünü, dinamikasını və dəyişmə səbəblərini öyrənir)
Risklərin İdarə Edilməsi Departamentinə aid sənədlərin saxlanmasında və reyestrinin aparılmasında iştirak edir
Kredit Risklərinə aid olan məsələlər üzrə Bankın digər strukturları ilə əlaqə yaradır
Tələb olunan kriteriyalar:
Ali təhsil
Bank sahəsində və ya digər maliyyə institutlarında ən azı 3 il iş təcrübəsinin olması
Banklar haqda qanunvericiliyi əla bilmək
Məntiqi düşünmək, detallara diqqət etmək qabiliyyəti
Məsuliyyətli və dəqiq
Azərbaycan və İngilisdillərini əla bilmək (Rus dili biliklərinin olması üstünlük təşkil edir)
MS Office proqramlarında işləmək bacarığı
Yuxarıdakı tələblərə uyğun namızədlər “Subject” qrafasında “Risk management” yazmaqla öz CV-lərini və ya bankın saytında http://www.bankofbaku.com/az/hr-category/cv-forma.html əldə edilmiş “İşə müraciət formu”nu (şəkillə birlikdə) Azərbaycan dilində [email protected] ünvanına göndərə bilərlər. CV-lərin qəbulu üçün son tarix
30 Aprel 2013-cü ildir. Xahiş edirik, telefon vasitəsilə müraciət etməyəsiniz.
0 Komment
Şərh yazın