Əmək kitabçası ilə bağlı bütün fiziki şəxs olan vergi ödəyicisi olanların düşündürən SUALIN CAVABI

Əmək kitabçası ilə bağlı bütün fiziki şəxs olan vergi ödəyicisi olanların düşündürən SUALIN CAVABI

Əmək kitabçasında fiziki şəxslə bağlı nələr qeyd olunmamılıdır:?

Sual: Salam. Mən sahibkarlıq fəaliyyəti ilə məşğulam, VÖEN-im var, sosial sığorta kartım var, hər ay sadələşdirilmiş vergi ödəyirəm və sair, başqa heç bir yerdə işləmirəm, indi mən əmək kitabçamda mənə aid VÖEN göstərmək ilə qeyd edə bilərəmmi ki, filan tarixdən sahibkarlıq fəaliyyəti ilə məşğul oluram? Bir söz ilə demək istəyirəm ki, əmək kitabçasında sahibkarlıq ilə bağlı nə qeydiyyat apara bilərəm və hansı cür? Diqqətinizə görə təşəkkür edirəm.
Rövşən Bayramov

    Cavab: Bildiririk ki, Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş ’’İşçilərin əmək kitabçasının forması və tərtibi Qaydaları’’na əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən sənəddir, işə götürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün əsas iş yerində açılır və müvafiq qaydada doldurulur.
Göründüyü kimi, əmək kitabçasındakı qeydlər şəxsin yalnız əmək funksiyalarını həyata keçirildiyi əsas iş yerində işəgötürən tərəfindən aparılır. Odur ki, vergi ödəyicisi olan fiziki şəxsin sahibkarlıq fəaliyyəti ilə əlaqədar məlumatlarının əmək kitabçasında qeyd olunması qanunvericilikdə nəzərdə tutulmamışdır.

Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı

0 Komment

    Şərh yazın

    Xəbərlər