
Vakansiya! SOCAR-da qrup rəisi işləmək istəyənlər üçün
Əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarını bilməlidir
Sanitar-texniki işlər şöbəsinin qrup rəisi
Vakansiyanın açılma tarixi 01.04.2013
Son müraciət tarixi 07.04.2013
Müəssisənin adı Neftqazelmitədqiqatlayihə İnstitutu
Ödəniş növü Vəzifə maaş
Əməyin ödənilmə dərəcəsi 13 - 14
Vəzifə maaşının məbləği 790AZN - 949AZN
Əlavə ödənişlər yemək xərcləri
Struktur vahidinin adı Neftqazelmitədqiqatlayihə İnstitutu
İş yerinin ünvanı H.Zərdabi 88 a
İş vaxtının norması NORM40/5
Əmək şəraiti Quruda
Təhsil İstiqaməti Sahə üzrə
Tələb olunan minimum təhsil səviyyəsi Bakalavr
Tələb olunan əmək fəaliyyəti Sahə üzrə - 5 ildən yuxarı ;
Tələb olunan kompüter bilik səviyyəsi MS Word - yaxşı ; AutoCAD - yaxşı ; MS Excel - yaxşı ;
Tələb olunan xarici dil bilik səviyyəsi
Vakansiya tələbinə uyğun təlimlər
Vəzifə(peşə) funksiyaları • Qrupda yerinə yetirilən mühəndis-kommunikasiya xətlərinin layihələndirilməsi üzrə işlərə rəhbərlik etməklə yanaşı onların vaxtında və keyfiyyətli icrasına nəzarət etmək;
• Layihələrin icra mərhələlərini qrupun mütəxəssisləri arasında onların bacarıq və təcrübəsinə uyğun bölüşdürmək, icraçıları sanitar-texniki obyektlərin layihələndirilməsi üzrə normativ sənədlərlə, təlimatlarla, texniki normalarla, sanitar-texniki obyektlərin layihələndirilməsində istifadə edilən oxşar (tipik) layihələr, standartlar, ilkin göstəricilərlə təmin etmək, yaranmış çətinlikləri layihənin baş mühəndisi ilə birlikdə işgüzar və operativ şəkildə həll etmək, icraçıların işini müntəzəm olaraq nəzarətdə saxlamaq, icra edilmiş layihələri mərhələlərlə qəbul etmək;
• Layihələrin icrasında qabaqcıl üsul və metodları əməkdaşlara aşılamaq, əmək itkisini aşağı salmaq, intizamın möhkəmlənməsində iştirak etmək.
Bilməlidir • Texniki vasitələrin iş prinsipini, texniki və konstruktiv xüsusiyyətlərini;
• Materialları və onların xassələrini;
• Tədqiqat metodlarını, işin yerinə yetirilməsinin qayda və şərtlərini;
• Texniki sənədlərə, materiallara və məlumatlara qoyulan tələbləri;
• Texniki sənədlərin tərtibi və rəsmiləşdirilməsi üzrə qüvvədə olan standartları, texniki şərtləri, əsasnamə və təlimatları;
• Tədqiqatların və işlənib hazırlanmış işlərin iqtisadi səmərəsinin müəyyən edilməsi, texniki hesabatların aparılması metodlarını;
• Elm və texnikanın nailiyyətlərini, qabaqcıl təcrübələri;
• İqtisadiyyatın, istehsalın, əməyin və idarəetmənin təşkilinin əsaslarını;
• Əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarını.
Tələb olunan digər bilik və bacarıqlar •Vakansiya üzrə dərəcə namizədin biliyi və iş təcrübəsindən asılı olaraq təyin olunur.
Son müraciət tarixi 07.04.2013
Müraciət üçün link: http://careers.socar.az/ApplyVac.aspx?Vid=5132
0 Komment
Şərh yazın