
Vakansiya! Məşhur zavodda maliyyə analtiki işləmək istəyənlər üçün
Təşkilat işçiləri şə gəlmək üçün nəqliyyat vasitəsilə, həmçinin nahar, həyat sığortası və tibbi sığorta ilə təmin edir.
“AAC” MMC 2011-ci ilin dekabr ayının 26-da Cənab Prezident İlham Əliyevin iştirkaı ilə rəsmi fəaliyyətə başlamış Müasir tikinti materialları zavodudur. “AAC” MMC məsaməli beton blokları, yanmış və sönmüş əhəngin istehsalı ilə məşğuldur. Zavodun illik istehsal gücü 180 min kubmetr məsaməli beton blokları və 30 min ton əhəng təşkil edir. Şirkət Qaradağ rayonunun Sənqaçal qəsəbəsində yerləşir. Təxmini 190 nəfərə yaxın işçi heyəti olan şirkət işçilərini işə gəlmək üçün nəqliyyat vasitəsilə, həmçinin nahar, həyat sığortası və tibbi sığorta ilə təmin edir.
"AAC" müasir tikinti materialları zavodu "SYNERGY GROUP"- a daxildir.
Vəzifə: Maliyyə analitiki
MƏSULİYYƏT VƏ VƏZİFƏLƏRİ:
Cəmiyyətin təsdiq olunmuş büdcə göstəricilərinin və hesabat ayının göstəricilərinin əldə edilməsi;
Əldə olunmuş məlumat əsasında müxtəlif nəzarət cədvəllərinin tərtib edilməsi, istehsalat-təsərrüfat fəaliyyəti üzrə, maliyyə-təsərrüfat fəaliyyəti üzrə üzləşmələr, təhlillər aparılması;
İstehsalat fəaliyyəti üzrə təsdiq olunmuş normaların izlənilməsi, xammal və s alışı, satış qiymətlərinə nəzarət edilməsi, əhəmiyyətli kənarlaşmalar haqqında məsələ qaldırılması və tədbirlər görülməsi;
Maliyyə hesabatlarının tərtib olunması üçün bütün lazımi informasiyaların toplanması;
Cəmiyyətin əsas maliyyə-iqtisadi göstəricilərinin hesablanması və riyazi, statistik cədvəl və diaqramlar əsasında təhlil edilməsi;
Gələcək iqtisadi, investisiya risklərini qiymətləndirə bilmək üçün bazar mühitinin öyrənilməsi, müəyyən təhlillər aparılması;
Cəmiyyətə investisiya və alqı-satqı əməliyyatları üzrə əlverişli şərtlər və vaxt barədə tövsiyyələrinin təqdim edilməsi
İqtisadi vəziyyətin çətin olduğu şəraitdə maliyyə bazarının tədqiq edilməsi və şirkətin mənafeyi naminə daha əlverişli vəziyyətin təqdim edilməsi;
Təsərrüfat əqdləri və digər əməliyyatlar üzrə müqavilələrin məqsədə uyğunluğunun təhlil edilməsi;
Müxtəlif maliyyə məsələləri üzrə məsləhətləşmələr aparılması, mövcud risklər və səmərə barədə rəhbərliyə məlumat verilməsi;
Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi;
Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi;
Birbaşa rəhbərinin konkret tapşırıq və sərəncamlarının yerinə yetirilməsi.
Tələblər: • Ali təhsili;
• Kompüterlə işləmək bacarığı;
• Azərbaycan və rus dillərini bilmək;
• Maliyyə sahəsində azı 3 il stajı.
Fərdi keyfiyyətlər: Məsuliyyətlilik;
Diqqətlilik;
Ədalətlilik.
Maraqlanan şəxslər öz CV-lərini mövzu hissəsində vəzifəninin adını qeyd edərək [email protected] elektron ünvanına göndərməlidirlər.
3 Komment
Tale 12 İyun 2019
Salam men sizin zavodda iwlemek isdrem
Tale 12 İyun 2019
Salam men sizin zavodda iwlemek isdrem
Tale 20 Noyabr 2019
Fehle
Şərh yazın