Vakansiya! Dövlət Neft Şirkətindən İnformasiya təhlükəsizliyinin sistem təminatı üzrə mühəndis elanı

Vakansiya! Dövlət Neft Şirkətindən İnformasiya təhlükəsizliyinin sistem təminatı üzrə mühəndis elanı

İnformasiya təhlükəsizliyi üzrə anlayışı olanlara üstünlük verilir

İnformasiya təhlükəsizliyinin sistem təminatı üzrə mühəndis
Vakansiyanın açılma tarixi 27.03.2013
Son müraciət tarixi 31.03.2013
Müəssisənin adı İnformasiya Texnologiyaları və Rabitə İdarəsi
Ödəniş növü Vəzifə maaş
Əməyin ödənilmə dərəcəsi 10
Vəzifə maaşının məbləği 577AZN
Əlavə ödənişlər Yemək xərcləri
Struktur vahidinin adı Aparat İnformasiya Texnologiyaları və Rabitə İdarəsi
İş yerinin ünvanı Bakı şəhəri, H.Əliyev prospekti, 113
İş vaxtının norması NORM40/5
Əmək şəraiti Normal

Təhsil İstiqaməti Sahə üzrə  
Tələb olunan minimum təhsil səviyyəsi Bakalavr
Tələb olunan əmək fəaliyyəti
Tələb olunan kompüter bilik səviyyəsi MS Word - yaxşı ; MS Excel - yaxşı ; MS Power Point - yaxşı ; MS Outlook - yaxşı ; Internet - yaxşı ;
Tələb olunan xarici dil bilik səviyyəsi Rus - yaxşı ; İngilis - yaxşı ;
Vakansiya tələbinə uyğun təlimlər
Vəzifə(peşə) funksiyaları •ARDNŞ-nin korporativ şəbəkə üzərindən göstərilən müəyyən xidmətlərin dəstəklənməsi və idarəedilməsi üzrə verilən tapşırıqları vaxtında və nöqsansız yerinə yetirmək.
•Korporativ xidmətlərin göstərilməsi zamanı meydana çıxan problemləri araşdırmaq və onların aradan qaldırılmasını təmin etmək.
•Meydana çıxan problemlər, onların səbəbləri və aradan qaldırılması məqsədilə həyata keçirilmiş tədbirlər haqqında rəhbərliyə hesabat və məlumat təqdim etmək.
•Serverlərin monitorinqi, sazlanması, servislərin dəstəklənməsini yerinə yetirmək.
•İsitifadəçilərin domen sisteminə keçirilməsi zamanı yarana bilən problemlərin aradan qaldırılmasını təmin etmək.
•Elektron poçt sisteminin gündəlik dəstəklənməsi, monitorinqi, istifadəçilərin idarəolunmasını təmin etmək.
•İstifadəçilərin İnternetə çıxışının təmin etmək.

Bilməlidir •LAN və WAN şəbəkələrinin, şəbəkə avadanlığının, şəbəkə servislərinin quruluş prinsiplərini.
•Linux, Windows Server 2008 R2 (DNS, DHCP, WSUS, AD Domain, GP, Terminal Services) idarəedilməsi sahəsini.
•MS SQL Server, MS Exchange-i.
•İnformasiya təhlükəsizliyi üzrə əsas anlayışları.

Tələb olunan digər bilik və bacarıqlar •AD Domen sistemini bilənlərə,
•İnformasiya təhlükəsizliyi üzrə anlayışı olanlara,
•Server avadanlıqları və server proqram təminatları ilə işləmə təcrübəsi olanlara üstünlük verilir.

Son müraciət tarixi 31.03.2013

Müraciət üçün bu linkə daxil olun:
http://careers.socar.az/ApplyVac.aspx?Vid=5088

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər