
Vakansiya! Bank sektorunda çalışmaq istəyənlər üçün elan
Maaş 1500 - 2500 AZN
İşəgötürən Parabank
Kateqoriya Maliyyə » Bank xidməti
Şəhər Bakı
Yaş 30 - 45
Təhsil Ali
İş təcrübəsi 5 ildən artıq
Əlaqədar şəxs Günəş Mustafayeva
Telefon (012) 447 10 00
E-mail [email protected]
İş barədə məlumat
- Bankın Beynəlxalq əlaqələrə və İnvestorlarla münasibətlərə dair siyasətini həyata keçirmək
- Beynəlxalq əlaqələr şöbəsinin əmakdaşlarının qarşılarına qoyulmuş tapşırıqların yerinə yetirilməsinə nəzarət
- Şöbənin fəaliyyətinin koordinasiya edilməsi
- Xarici investorlarla görüşlərin keçirilməsi və mümkün əməkdaşlıq istiqamətlərinin müzakirə edilməsi
- Müxbir Bankların tariflərinin müqayisə edilməsi
- Bankın partnyorları ilə yaradılmış əməkdaşlığın saxlanılması, onlarla müxabirləşmələrin həyata keçirilməsi, müxtəlif anketlərin doldurulması, investorlar üçün informasiyanın toplanması
- Bankın ticarətin maliyyələşməsi əməliyyatlarına yeni xarici maliyyə institutları tərəfindən limitlərin əldə edilməsi istiamətində işlərin həyata keçirilməsi
- Şöbənin iş fəaliyyətinin optimallaşdırılması üçün, özündə həyata keçirilmiş proyektlər haqqında informasiyanı saxlayan cədvəllərin yaradılması və yenilənməsi
- Bankın partnyorlarına və investorlarına yeni xəbərlərin, publikasiyaların və hesabatların göndərilməsi
- Reytinq agentiklərinin təmsilçilərinin Bankın rəhbərliyi ilə görüşlərini təşkil edilməsi
- Sonrakı əməkdaşlıq və lazımi informasiyanın təqdim olunması
- Müxtəlif Beynalxalq Maliyyə İnstitutlarının konsultantlarına texniki yardım və proektlərin koordinasiyası zamanı lazımı köməyin göstərilməsi
- İnvestorların müxtəlif proektlərlə əlaqədar təkliflərinin toplanması və onların sonradan nizamlı şəkildə analiz və müzakirələr üçün təqdim edilməsi
- Potensial və ya mövcud partntor banklar tərəfindən təqdim olunan yeni bank məhsul və xidmətlərinin təhlil edilməsi, onların bankın müvafiq strukturlarına təqdimatının keçirilməsi və ardınca bu məhsul və ya xidmətlərin yeridilməsi
- Beynalxalq əlaqələrlə bağlı aparılmış işlər barəsində müvafiq hesabatları hazırlayıb rəhbərliyə təqdim edilməsi
- Yeni təkliflərin hazırlanması
Namizədə tələblər
- Ali təhsil
- Bank işində minimum 3 illik təcrübə
- Microsoft Office proqramlarında işləmə bacarığı
- Azərbaycan, rus ingilis dili – mükəmməl
0 Komment
Şərh yazın