
Vakansiya! Azersun Holdinqdə müfəttiş işləmək şansı
Şirkətdaxili struktur bölmələrində zəif bəndlərin aşkarlanmasında iştirak edir
Şirkət: Azersun Holdinq
Vəzifə: MÜFƏTTİŞ ASSİSTENTİ
Yüklənib / Son tarix: 05 mart / 05 aprel
İş yeri: Bakı
E-mail: [email protected]
Tələblər:
- İqtisadiyyat, maliyyə, mühasibatlıq və ya menecment sahəsində ali təhsil;
- 22-27 yaşlarında kişilər;
- Mühasibatlıq, maliyyə və audit sahələrində ən az 3 il iş təcrübəsi;
- Maliyyə və mühasibatlıq sahəsi üçün tələb olunan qanunvericilik aktlarını və normativ sənədləri, Vergi məcəlləsini bilməlidir;
- Riyazi məntiq və təhlil etmə qabiliyyətinə sahib olmalıdır;
- MS Office paket proqramlarının, xüsusən Excel proqramının əla səviyyədə bilinməsi tələb olunur. Mühasibatlıq proqramlarını bilənlərə üstünlük veriləcəkdir;
- Bölgələrə ezamiyyətə gedə bilmə imkanı;
- Rus və ingilis dilini yaxşı səviyyədə bilənlərə üstünlük veriləcəkdir.
İş barədə:
- Şirkətdaxili təlimat, qayda və iş prosedurlarına nəzarət sistemlərinin effektiv işləyişini təftiş edən audit qrupunda köməkçi funksiyasını həyata keçirir;
- Şirkətdaxili prosedurların və rəsmi qanunvericiliyə uyğun fəaliyyətlərin polzulmasi hallarının aşkarlanması üçün sürpriz auditlər keçirilməsində iştirak edir;
- Şirkətdaxili struktur bölmələrinin fəaliyyət növlərinin effektivliyinin təhlil edilərək, zəif bəndlərin aşkarlanması və daha effektiv işləyiş üçün təkliflərin verilməsində iştirak edir.
Vakansiya ilə maraqlanan şəxslərdən CV-lərini mövzu yerinə “Müfəttiş assistenti” yazaraq [email protected] ünvanına göndərməsi xahiş olunur.
Mənbə: azerjobs.com
0 Komment
Şərh yazın