
Vakansiya! Fincanın baş ofisində xəzinədar işləmək İMKANI
FINCA Azerbaijan öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir
Şirkət: FINCA Azerbaijan
Vakansiya: Ehtiyat Xəzinədar
Yüklənib/ Son tarix: 22 fevral / 08 mart
İş yeri: Baku
E-mail: [email protected]
FINCA Azerbaijan Qeyri-Bank Kredit Təşkilatı EHTİYAT XƏZİNƏDAR vəzifəsinə işçi axtarışı elan edir. Xəzinədar “FINCA Azerbaijan”-ın müştərilərinə kreditin verilməsində birbaşa iştirak edəcək və onlardan ödənişləri qəbul edərək bank hesabına köçürəcək. İşçinin iş yeri Baş İdarədə nəzərdə tutulur. Götürülən işçi təşkilatın bütün filiallarında işləməli olacaqdır.
Xəzinədar vəzifəsi üçün tələb olunanlar:
- Ali təhsil (riyaziyyat, maliyyə və mühasibat arzuolunandır);
- Nəğd pulla intensiv işləmə bacarığı;
- Gərgin iş qrafikində işləmək bacarığı;
- Microsoft Office proqramlarını bilmək və sürətli çapetmə bacarığı;
- Riyazi hesablama aparmaq və analitik mühakimə etmək qabiliyyəti;
- İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
FINCA Azerbaijan öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, xahiş edirik, öz tərcümeyi-halınızı (CV) 08 Mart 2013-cü il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanlarına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№083/13) qeyd etməklə göndərə bilərsiniz.
Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!
Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:
Bakı şəhəri, C.Cabbarlı küçəsi 44, Caspian Plaza III korpus, 8-ci mərtəbə
FINCA Azerbaijan haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.
Mənbə: azerjobs.com
0 Komment
Şərh yazın