Vakansiya! Kredit təşkilatında işləmək imkanı

Vakansiya! Kredit təşkilatında işləmək imkanı

Bakı, Xırdalan, Xudat, Tovuz, Goranboy, Ağsu, Göyçay, Cəlilabad, Göytəpə filiallarına "Kredit mütəxəssisləri" tələb olunur

Şirkət:     Mol Bulak
Vakansiya:     Kredit mütəxəssisi
Yüklənib/ Son tarix:     18 fevral / 18 mart
E-mail:     [email protected]

İş barədə məlumat:

  •     Kredit işçisi bilavasitə Şirkətin müştərilərilə işləyir və onlarla olan əlaqələrdə Şirkətin "simasıdır". Ona görə də, o, müştərilərlə əlaqələrdə özünü peşəkar aparmalı və belə görünməlidir
  •     Kredit işçisi yeni müştərilər cəlb edir
  •     Müştərinin kredit almaq üçün müraciətinin yaxşı düşünülmüş və əsaslandırılmış olduğunu müəyyənləşdirir
  •     Müştəri ilə elə işləyir ki, onun həyatı və ticarətində baş vermiş istənilən dəyişikliklərdən xəbərdar olsun
  •     Borclunun maliyyə vəziyyətini yoxlayır
  •     Kredit verilməsində Kredit işçisi məsuliyyətli kreditləndirmə prinsiplərini rəhbər tutur və həmişə çalışmalıdır ki, kredit müştəriyə yalnız müsbət dəyişikliklər gətirsin və ona əlavə yük təşkil etməsin
  •     Kredit işçisi portfelin keyfiyyətini yüksək səviyyədə saxlamağa borcludur
  •     Kredit işçisi müştərilər tərəfindən Şirkətə olan inam, hörmət və etibara xidmət etməli və müştərilərə zəmanət verməlidir ki, onların bütün şəxsi və maliyyə işləri ciddi məxfidir.
  •     Müştəriləri məlumatlandırıcı görüşlər, təlimlər keçirmək və digər üsullarla cəlb etmək
  •     Potensial müştərilərin doğruluğu, məsuliyyəti, ödəmə qabiliyyəti, sahibkarlıq bacarıqları, ticarət aparma təcrübəsi, mülkiyyətə malik olmasının və onlar haqqında rəyləri tədqiqatlar, sorğular və məlumatlar, əldə olunmuş məlumatların öyrənilməsi, hesablanması və ticarət-planları vasitəsilə dəqiqliklə tədqiq edilməsi
  •     Potensial müştərilərə Şirkətin hədəf və məqsədlərini, kredit alma və qrup təşkil etmə yollarını izah edilməsi
  •     Siyasət və prosedurlara uyğun şəkildə yeni qruplar və təkrar qruplarla ilzami görüşlərin keçirilməsi
  •     Keyfiyyətli birgə məsuliyyət qruplarının hazırlanması, qrup borclarının vaxtlı-vaxtında qaytarılmasının monitorinqini aparma və təmin etmə

Namizədə tələblər:

  •     Bakı, Xırdalan, Xudat, Tovuz, Goranboy, Ağsu, Göyçay, Cəlilabad, Göytəpə filiallarına "Kredit mütəxəssisləri" tələb olunur
  •     Yalnız kişi namizədlər
  •     Maliyyə/iqtisadiyyat sahəsində ali və ya orta ixtisas təhsili
  •     Bank və ya bank olmayan kredit təşkilatında iiş təcrübəsi
  •     Gəlir və zərər, pul vəsaitlərinin hərəkəti, balans hesabatlarını hazırlama bacarığı
  •     Kompüterdə işləmə vərdişləri: Word, Excel və s.
  •     Yüksək səviyyədə azərbaycan və rus dillərini bilmək
  •     İnsanların xasiyyətinin xüsusiyyətlərini təhlil etmə bacarığı
  •     Ünsiyyət qurma və vaxtı idarə etmə bacarıqlarının olması

CV-lərinizi göndərərkən e-mailin mövzusuna "Kredit mütəxəssisi" və regionnun adını qeyd edin. Mövzu qeyd edilməyən CV-lər qəbul edilməyəcək.

Mənbə: azerjobs.com

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər