Kredit təşkilatından regional menecerə 1800 manat əmək haqqı təklifi

Kredit təşkilatından regional menecerə 1800 manat əmək haqqı təklifi

Maaş:    1400 - 1800 AZN
İşəgötürən:    Vision Fund AzerCredit
Vakansiya:   Regional menecer
Şəhər:    Bakı
Yaş:    25 - 45
Təhsil:    Ali
İş təcrübəsi:    3 ildən 5 ilə qədər
Telefon:    (012) 597 48 18
Faks:    (012) 597 30 39
E-mail:    [email protected]
Elanın tarixi:    Yanvar 28, 2013
Bitmə tarixi:    Fevral 27, 2013

İş barədə məlumat

    Bölgə üzrə filial / şöbə əməliyyatlarının sabit genişlənməsi, monitorinqi və sənədləşməsi:
    - Baş İcraçı Direktor Müavini, Əməliyyatlar üzrə Menecer və digər departamentlər ilə məlumat mübadiləsini və bölgə üzrə müvafiq məlumatın dövretməsini təmin edir
    - Ali rəhbərliyə filial və şöbə ofisləri və ya infrastrukturlarda yerdəyişmə, yeniləşdirmə və s. kimi təklif olunan mühüm dəyişikliklər üzrə tövsiyələr verir
    - Təşkilatın iş prosesinin qaydasında getməsini təmin etməklə və təşkilatın aktivlərini mühafizə etməklə, daxili nəzarət sistemlərinin icrasına nəzarət edir
    - Tövsiyə olunmuş audit nəticələri əsasında Müvafiq filial menecer(lər)i ilə, filial və şöbələrdən tələb olunan istənilən tədbirlər üzrə əlaqə saxlayır
    - Bütün cari qaydalara riayət olunmasını təmin edir
    - Bölgə üzrə bütün filial və şöbələrdə siyasət və prosedurların davamlı və bir qayda olaraq tətbiq olunmasını təmin edir
    - Filial və şöbə aktivlərinin keyfiyyəti, likvidliyi, kapital adekvatlığı və ehtiyatı üzrə hesabat sisteminin müvafiq şəkildə və vaxtında icra olunmasını planlaşdırır və təmin edir

    Filial əməliyyatlarının effektivliyi:
    - Qarşıya qoyulmuş və razılaşdırılmış hədəflərə nail olunmasını təmin etmək üçün Filial Menecerləri vasitəsilə filialın gündəlik əməliyyatlarına nəzarət edir
    - Filialın müvafiq likvidlik menecmentinə malik olmasına əmin olmaq üçün Maliyyə Departamenti ilə koordinasiya edir
    - Region üzrə filial və şöbələrin işçi həcminin planlaşdırılmasında İR departamenti ilə koordinasiya edir
    - Monitorinqi və ya hesabatının verilməsi ilə əlaqədar məsələlər üzrə MİS / İT departamenti ilə məsləhətləşir və məsələləri ən qısa mümkün vaxtda həll edir

    Bölgədəki Kredit Portfelinin keyfiyyətini təmin edir:
    - Filial və şöbələrdə mütəmadi monitorinq aparmaqla və bütün siyasət və prosedurlara ciddi riayət olunmasını təmin etməklə gecikmiş kreditlərin idarə olunması cəhdlərinə “qalib” olmalı
    - Məqbul səviyyələrdən kənar olan filial fəaliyyətlərini dərhal idarə edir və ona qarşı tədbir görür

    Regionda işçilərin idarə edilməsi:
    - Əməliyyat aparan heyətin müvafiq təlim almalarını təmin edir
    - Bölgədə çalışan işçi heyətinin təlimi ilə bağlı olan tədris proqramının hazırlanması və yenidən baxılaraq nəzərdən keçirilməsində iştirak edir
    - İşə yeni qəbul olunmuş və fəaliyyətdə olan işçilərin təlim məsələləri ilə əlaqədar Təlim və İşçilərin İnkişafı üzrə məsul şəxslə yaxından əməkdaşlıq edir
    - Bölgədəki filial və şöbələrin əməliyyatları ilə əlaqədar Əməliyyatlar üzrə Menecer, İdarə Heyəti Sədrinin Müavininə əsas məsləhətlər verir
    - İdarə Heyəti, ƏBD, Əməliyyatlar Meneceri tərəfindən müəyyən vaxtlarda təyin edilmiş digər vəzifələri icra edir

Namizədə tələblər

    - İqtisadiyyat, mühasibatlıq və ya biznes idarəçiliyi üzrə ali təhsil və maliyyə sektorunda uzunmüddətli təcrübə
    - Tələb olunduqda iş saatları üçün çevik olmaq, lazım gəldikdə iş vaxtının 50 %-ə qədərini səfər etmək bacarığı
    - Sürücülük vəsiqəsi və sürücülük təcrübəsi
    - Orta rəhbərlik səviyyəsində (məsələn filial meneceri) aşağıdakılarda ən azı iki il iş təcrübəsinə malik olmaq: mikro-müəssisə kreditləşmə təşkilatı, bankçılıq institutu, proqressiv korporativ mühit, beynəlxalq biznes və ya iqtisadi və biznes inkişafı təşkilatı
    - Mikromaliyyə sektoru və texnologiyaları haqqında aydın təəssüratı olmalı
    - Microsoft proqramlarında işləmək bacarığı
    - Azərbaycan və ingilis dillərində mükəmməl şifahi və yazılı bacarıqları
    - Təşkilat və onun missiyasına yüksək sadiqlik nümayiş etdirməli
    - Təşəbbüskar, dayanıqlıq, komandanı həvəsləndirmək və idarə etmək qabiliyyəti
    - Üzərinə məsuliyyət götürmək bacarığı, istəyi və yüksək düzgünlük hissi

Mənbə: boss.az

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər