
Vakansiya! Kredit təşkilatının Bakı filialında işləmək üçün ŞANS
Yeni götürülən işçilər təcrübəli işçilərdən təlim alacaq
Vakansiya: Kredit Mütəxəssisi (Bakı filialına)
Şirkət: İnkişaf üçün Maliyyə
Elanın tarixi: 2013-01-25
Bitmə tarixi: 2013-02-24
“İnkişaf üçün Maliyyə” MMC
Bank Olmayan Kredit Təşkilatı
Bakı filialına Bakı, Sumqayıt və Xırdalan şəhərlərində və Abşeron rayonunda kredit işini həyata keçirmək üçün
İŞÇİ QƏBULU ELAN EDIR.
Tələblər:
• Biznes anlayışının olması (kənd təsərrüfatı, ticarət, xidmət, istehsal və digər sahələrdə);
• Ümumi riyazi və hesablama bacarıqları;
• İnsanlarla rahat ünsiyyət qurmaq qabiliyyəti;
• Azərbaycan dilində səlis danışmaq, anlamaq və fikri başa düşülən səviyyədə ifadə etmək;
• Kredit, maliyyə və ya mühasibat işi haqqında müəyyən məlumatın və öyrənməyə marağın olması arzuolunandır;
• Ali və ya texniki təhsil.
İşçinin görəcəyi əsas işlər:
• İşçinin iş vaxtının əsas hissəsi kredit götürmək ehtimalı olan insanların fəaliyyət göstərdiyi yerlərdə onlarla görüşmək (məsələn, yarmarka və ticarət mərkəzlərində, biznes obyektlərinin cəmləşdiyi ünvanlarda, kəndlərdə);
• Kredit xidməti və şərtləri haqqında məlumatlandırma aparmaq;
• Artıq kredit üçün müraciət etmiş şəxslərlə təhlil və araşdırma görüşləri keçirmək;
• Kredit layihəsi hazırlamaq.
İşçinin təlim və inkişafı:
• Yeni götürülən işçilər təcrübəli işçilərdən təlim alacaq;
• İnkişafa meylli və qabaqcıl işçilər müxtəlif təlim və seminarlara göndəriləcək.
İş müraciətinizi aşağıdakı ünvanlara göndərə bilərsiniz:
E-poçt: [email protected]
Faks: (994 12) 492 77 63 (11)
Xüsusi Qeydlər:
1. Ərizələrin (CV-lərin) qəbulu 10 FEVRAL 2013-cü il tarixinədək davam edir.
2. Ərizələrdə sizi qane edəcək əmək haqqı məbləğini mütləq qeyd edin.
3. Ərizələri e-poçt ünvanımıza göndərərkən mövzu yerinə "Bakı filialı kredit işçisi" yazmağınız xahiş olunur.
Mənbə: jobsearch.az
0 Komment
Şərh yazın