Vakansiya! Kredit təşkilatından sərfəli iş təklifi

Vakansiya! Kredit təşkilatından sərfəli iş təklifi

Ali və ya texniki təhsil olması şərtdir

Vakansiya: Kredit mütəxəssisi (Şəki filialına) Şəki, Oğuz və Qax rayonlarında kredit işini həyata keçirmək üçün
Şirkət: “İnkişaf üçün Maliyyə” MMC
Elanın tarixi: 2013-01-23

Bitmə tarixi:  2013-02-22

Tələblər:

• Biznes anlayışının olması (kənd təsərrüfatı, ticarət, xidmət, istehsal və digər sahələrdə);
• Ümumi riyazi və hesablama bacarıqları;
• İnsanlarla rahat ünsiyyət qurmaq qabiliyyəti;
• Azərbaycan dilində səlis danışmaq, anlamaq və fikri başa düşülən səviyyədə ifadə etmək;
• Kredit, maliyyə və ya mühasibat işi haqqında müəyyən məlumatın və öyrənməyə marağın olması arzuolunandır;
• Ali və ya texniki təhsil.

İşçinin görəcəyi əsas işlər:

• İşçinin iş vaxtının əsas hissəsi kredit götürmək ehtimalı olan insanların fəaliyyət göstərdiyi yerlərdə onlarla görüşmək (məsələn, yarmarka və ticarət mərkəzlərində, biznes obyektlərinin cəmləşdiyi ünvanlarda, kəndlərdə);
• Kredit xidməti və şərtləri haqqında məlumatlandırma aparmaq;
• Artıq kredit üçün müraciət etmiş şəxslərlə təhlil və araşdırma görüşləri keçirmək;
• Kredit layihəsi hazırlamaq.

İşçinin təlim və inkişafı:

• Yeni götürülən işçilər təcrübəli işçilərdən təlim alacaq;
• İnkişafa meylli və qabaqcıl işçilər müxtəlif təlim və seminarlara göndəriləcək.

İş müraciətinizi aşağıdakı ünvanlara göndərə bilərsiniz:

Şəki rayonu:                  
“İnkişaf üçün Maliyyə” MMC-nin filialı   E-poçt: [email protected]
Şəki şəhəri, Sabit Rəhman küçəsi    Faks:  (994 12) 492 77 63 (11)
(Avtobazanın yanı)     

Xüsusi Qeydlər:

1. Qadın namizədləri müsabiqədə fəal iştirak etməyə ruhlandırırıq.
2. Ərizələrin (CV-lərin) qəbulu 10 FEVRAL 2013-cü il tarixinədək davam edir.
3. Ərizələrdə (CV-lərdə) sizi qane edəcək əmək haqqı məbləğini mütləq qeyd edin.
4. Ərizələri (CV-i) e-poçt ünvanımıza göndərərkən mövzu yerinə müvafiq rayon üzrə "Şəki filialı kredit işçisi" yazmağınız xahiş olunur.

Mənbə: jobsearch.az

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər