Vakansiya! Finca təşkilatından koordinator elanı

Vakansiya! Finca təşkilatından koordinator elanı

Ali təhsilli olmalıdır

Şirkətin Adı:     FINCA International
Vakansiya:     İnfrastruktur üzrə koordinator
Yüklənib/ Son tarix:     11 yanvar / 23 yanvar
İş yeri:     Baku
E-mail:     [email protected]

Məqsəd:
“FİNCA Azerbaijan”-nın İnzibati Şöbəsinin öz başlıca iş funksiyalarını yerinə yetirə bilməsi üçün Infrastruktur üzrə Koordinator təşkilatın filialları üçün ofis variantları tapmalı və üzərində işləməlidir.

Hesabat verir: “FİNCA Azerbaijan” təşkilatında İnzibati Şöbənin Menecerinə.

İNFRASTRUKTUR üzrə KOORDİNATORUN VƏZIFƏSINƏ DAXILDIR:

  •     İnzibati Şöbəyə daxil olmuş sifariş əsasında xüsusi təyinat üzrə ofislər axtarmaq;
  •     Seçilmiş obyektə səfər edib hüquqi,texniki, fiziki vəziyyətini dəyərləndirmək, lazımı təkliflər vermək
  •     Ofisin korporativ standartlarına uyğun təmir edilməsi üçün tələb olunan işləri görmək.

TƏLƏB OLUNAN BILIK VƏ BACARIQLAR:

  •     Ali təhsil;
  •     Ümumi komputer bilikləri (MS Office);
  •     Dəqiqlilik, diqqətlilik, yüksək səviyyədə  ünsiyyət qurmaq, danışıqlar aparmaq qabiliyyəti;
  •     Yüksək təşkilatçılıq və vaxtın idarə olunması bacarığı;
  •     Düzgünlüyü sevən və məsuliyyətli olmalıdır.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı və ya CV 23Yanvar  2013-cü il tarixindən gec olmamaq şərtilə [email protected]  elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№006/13) qeyd etməklə göndərə bilərsiniz.

Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz;
Bakı şəh., C.Cabbarlı küç., 44, Caspian PLAZA, III-cü bina, 8-ci mərtəbə. Faks: (99 412) 596 33 87

Mənbə: azerjobs.com

0 Komment

    Şərh yazın

    Xəbərlər