Vakansiya! Crystal Motors-dan HR elanı

Vakansiya! Crystal Motors-dan HR elanı

Şirkətin işçilərinin ad günləri cədvəlini hazırlamalıdır....

Şirkətin Adı:     Crystal Motors
Vakansiya:     İnsan Qaynaqları üzrə mütəxəssis
Yüklənib/ Son tarix:     09 yanvar / 09 fevral
İş yeri:     Baku
E-mail:     [email protected]
Əlaqə telefonu:     (012) 430 85 55, 33

İş barədə məlumat;

  •     Yeni işçilərin qeydiyyatı, şəxsi vərəqələrinin açılması, əmək kitabçalarının doldurulması
  •     Şirkətin işçilərinin şəxsi işi, əmək kitabçalarının sənədləşməsi, aparılması və saxlanılması
  •     Aylıq davamiyyət cədvəlinin aparılması, hesabatın hazırlanması və ay sonunda mühasibatlığa təqdim olunması
  •     Vaxtında müəssisə şöbələrinə kadrlar şöbəsinin əsasnaməsinə uyğun olan xidməti məlumatların çatdırılması; əmrlər, göstərişlər, instruksiyalar, xidməti qeydlər və s.
  •     Kadr sənədləşməsini təşkil etmək, şöbəyə daxil olan və xaric olan sənədlərin qeydiyyatının aparılması
  •     Daxil olan telefon zənglərinin (İnsan qaynaqlarına aid olan) cavablandırılması
  •     İşçilərin tabel və məzuniyyət uçotunun aparılması
  •     Şirkətin işçilərinin ad günləri cədvəlinin hazırlanması
  •     İşçi bazasının yaradılması və daima yenilənməsi
  •     Verilən tapşırıq və göstərişlərin vaxtında və keyfiyyətli icra edilməsi
  •     Müəssisə işçiləri haqqında şəxsi məlumatların konfidensiallığını qorumaq

Namizədə tələblər;

  •     Kollektivdə işləmə bacarığı olmalı
  •     Qərar qəbul etmə və analitik qabiliyyət
  •     Dil bilikləri: Azərbaycan, rus, ingilis dilləri

Bilməlidir:

  •     Qanunvericilik və normativ aktları
  •     İşçilərin hərəkəti və uçotunu
  •     Sənədlərin aparılması üçün metodik sənədləri
  •     Əmək qanunvericiliyini
  •     İşçilərin vəzifələrinin ixtisaslarına uyğun təyin edilməsi, ümumi və arasıkəsilməyən iş stajının, imtiyazların, kompensasiyaların, təqaüdlərin formalaşmasının qaydalarını
  •     Kartların hərəkəti uçotunu və müəyyən edilmiş hesabatın tərtib edilməsini
  •     Şirkətin işçiləri haqda məlumat bankının aparılma qaydasını
  •     Kargüzarlığın əsaslarını
  •     Hesablama texnikası, rabitə və kommunikasiya vasitələrini
  •     Ümumi etik normaları
  •     Əməyin mühafizəsi qayda və normalarını

Mənbə: azerjobs.com

0 Komment

    Şərh yazın

    Xəbərlər