
Vakansiya! Məşhur otel HR işlərini bilən menecer axtarır
Şirkət: Fairmont Baku
Bölmə : İnzibati İdarəetmə və Ümumi İşlər
Şöbə: İnsan Resursları
Vəzifə: İnsan Resursları Şöbəsinin Direktor Müavini
Kimə məruzə edir: İnsan Resursları Şöbəsinin Direktoru
Elanın tarixi: 2013-01-08
Bitmə tarixi: 2013-02-07
VƏZİFƏ BORCLARI:
İnsan Resursları Şöbəsinin Direktor Müavini Şöbənin Direktoruna şöbənin işlərində köməklik göstərməli və həmkarlar arası münasibətlər, həmkarlarla bağlı tədbir və mərasimlərin təşkil edilməsi, sağlamlıq və təhlükəsizlik məsələləri, işçilərə ödənişlərin edilməsi, sənədləşmə/prosedurlar/qanunların icrası ilə bağlı ödənişlərin edilməsi, işə qəbul etmə və təlimlərin keşirilməsi işləri daxil olmaqla İnsan Resurslarına aidiyyatı olan bütün işlərdə və xidmət növlərində öz dəstəyini nümayiş etdirməlidir. İnsan Resursları Şöbəsinin Direktor Müavini həmçinin “anların xatirəyə çevrilməsi” mədəniyətinin yaradılmasında aparıcı rol oynayacaq və açılış öncəsi müddətdə komandanın ayrılmaz bir üzvü olacaqdır.
• Otel strategiyasının dəstəklənməsində, təlim işlərində, ən yaxşı işçilərin işə götürülməsində və işdə saxlanılmasında İnsan Resursları Şöbəsinin Direktoruna dəstək olmaq.
• İnsan Resursları Şöbəsinin gündəlik fəaliyyətilə bağlı işlərin icrasında köməklik göstərmək, şöbə daxili aparılan bütün işlərin icrasına və fəaliyyətin gedişatına nəzarət etmək, şöbə üzvlərinin iş məhsuladarlığını maksimum dərəcədə artırmaq və işlərin İnsan Resursları Şöbəsinin Standartlarına müvafiq bir şəkildə icra edilməsini təmin etmək.
• İnsan Resursları işçi heyətinin öz gündəlik vəzifələrini yerinə yetirə bilmələri üçün kifayət qədər təlimləndirilmiş və məlumatlandırılmış olmalarını təmin etmək.
• İnsan resursları Şöbəsinə aid bütün korporativ, regional və otel daxili sənədlərin və prosedurların, həmçinin bütün həmkarlara aidiyyatı olan dövlət əsasnamələrinin qaydasında olmasını təmin etmək.
• Fairmont Hotels & Resorts şirkətinin bütün sənədləşmə və digər proseslərinin, həmçinin tanışlıq və təlim proseslərinin, seçim turlarının, mükafatlandırma, ünsiyyət, sağlamlıq və təhlükəsizlik məsələlərinin və administrativ işlərin gündəlik qaydada gedişatını müvafiq qaydada olmasını təmin etmək.
• İnsan Resursları Şöbəsi daxili işləri, yəni müsahibələrin keçirilməsi, işə götürmə və köçürülmə əməliyyatları məsələlrini Şöbə rəhbərliyi və digər əlaqədar qurumlarla qarşılıqlı müzakirə edərək düzgün kordinasiya etmək.
• Otel daxilində aparıcı rola malik olmaq və şirkətimizin fəlsəfəsinə müvafiq bir şəkildə peşəkar rəhbər keyfiyyətləri nümayiş etdirmək və icra etmək.
• Sərbəst ünsiyyət, qarşılıqlı etibar və hörmət dolu bir mühit yaratmaqla, həmkarlar arasında müsbət münasibətlərin yaradılmasında və saxlanılmasında təşəbbüskarlıq göstərmək.
• İR-na aid olan rəsmi sənədlərin və təlimatların, əsasnamələrin tərtib edilməsində, anket formalarının düzgün şəkildə doldurulmasında istiqamətləndirmək və köməklik göstərmək.
• Əməkdaşlar arasında daima müsbət münasibətlərin saxlanılması istiqamətində addımlar atmaq və kordinasiya, ünsiyyət, təlim strategiyalarında öz dəstəyini nümayiş etdirmək.
• İnsan Resursları Şöbəsinin İnformasiya Sistemində mövcud olan məlumatlarla və sənədlərlə bağlı dəqiqliyin saxlanmasını təmin etmək.
• İnsan Resursları Şöbəsinin Direktoru olmadığı zaman onun vəzifə borclarını icra etmək.
• Tələb edildikdə, ümumi ofisin inzibati işləri ilə bağlı lazımi işlərin yerinə yetirilməsi üçün köməklik göstərmək.
İXTİSAS TƏLƏBLƏRİ:
• İnsan Resursları şöbəsində rəhbər vəzifədə minimum üç illik iş təcrübəsinə malik olmaq.
• Aşılış öncəsi təcrübəsi olmaq.
• Rəsmiləşdirmə, qeydiyyat məsələlərinin keyfiyyətli şəkildə icra edilməsini daima izləmək və mövzusundan asılı olmayaraq, fərqli xüsusiyyətli problemləri həll edə bilmək.
• Şirkətimizin Missiyasına, bir Brend olaraq Vədinə və Dəyərlərinə müvafiq olaraq sərbəst, etibarlı və açıq bir mühit qura bilmə və saxlama qabiliyyətinə malik olmaq.
• Mükəmməl səviyyədə ünsiyyət və münasibət qurma bacarığına, liderlik qabiliyyətinə malik olmaq, dözümlü və tədbirli olmaq.
• Azərbaycan qanunlarından və bu qanunların əlaqədar olduğu qurumlardan xəbərdar olmaq.
• Şövqlü, dinamik, enerji dolu biri olmaq.
• Tədbirli, yaradıcı, aktiv olmaq və keyfiyyətli qərarlar qəbul etmək iqtidarında olmaq.
• İnsan Resursları Menecmenti sahəsinə üstünlük verilməsi şərtilə, Universitet/Kollec dərəcəsinə və ya diploma sahib olmaq.
• Word, Excel, Word, Outlook və PowerPoint kompyüter proqramlarını bilmək.
• İngilis dilində həm yazılı, həm də şifahi ünsiyyət qura bilmək; Azərbaycan dili, Türk dili, Rus dilini bilmək vacibdir.
*İş üçün müraciət yalnız Online ərizə formasında qəbul olunur. Online ərizənin doldurulma qaydaları:
Addım 1: Bizim karyera portalımıza baş çəkin - http://www.fairmontcareers.com.
Addım 2: Search Positions linkində new düyməsinə basın.
Addım 3: Menyudan istifadə edərək işin yerləşdiyi ərazi, işin kateqoriyası, vəzifənin adı və ya açar sözdən istifadə edərək iş axtarışı əməliyyatını yerinə yetirə bilərsiniz.
Addım 4: Vəzifəni seçin və ərizənizi Online təqdim edin.
Mənbə: jobsearch.az
0 Komment
Şərh yazın