
Vakansiya! Dünya Bankının dövlət orqanı ilə birgə həyata keçirdiyi layihədə maliyyə meneceri işləmək istəyənlər üçün
Ofis və 1 C mühasibat proqramlarından mükəmməl istifadə etmə bacarığı olmalıdır
Vakansiya: Maliyyə Meneceri
Şirkət: “Ədliyyə Sisteminin Müasirləşdirilməsi” Layihəsi
Elanın tarixi: 2013-01-08
Bitmə tarixi: 2013-02-07
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Dünya Bankı ilə birgə həyata keçirilən “Ədliyyə Sisteminin Müasirləşdirilməsi” Layihəsi çərçivəsində maliyyə meneceri vəzifəsi üzrə
MÜSABİQƏ ELAN EDİLİR
Namizədlər aşağıdakı tələblərə cavab verməlidir:
1. Maliyyə və iqtisadiyyat sahəsində ali təhsil;
2. Maliyyə və ya biznes mühasibatı sahəsində ən azı beş illik iş təcrübəsi;
3. Dünya Bankı və ya digər beynəlxalq qurumların maliyyələşdirdiyi layihələrdə ən azı üç illik iş təcrübəsi;
4. Azərbaycan və ingilis dillərini mükəmməl bilməli və;
6. Ofis və 1 c mühasibat proqramlarından mükəmməl istifadə etmə bacarığı.
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər Azərbaycan və inglis dillərində tərcüməyi-hallarını (CV) aşağıdakı elektron ünvana təqdim etməlidirlər: [email protected]
Sənədlər 22 yanvar 2013-cü il saat 18:00-dək qəbul edilir.
Mənbə: jobsearch.az
0 Komment
Şərh yazın