Vakansiya! “LC Waikiki"-dən mühasib elanı

Vakansiya! “LC Waikiki"-dən mühasib elanı

Çox millətli/mədəniyyətli bir mühitdə işləyə bilən şəxs olmalıdır

Vakansiya: Mühasib
Şirkət: LC Waikiki    
Elanın tarixi: 2012-12-28  

Bitmə tarixi: 2013-01-27

Vəzifənin təsviri:

• Mağazalara aid olan mühasibat uçot kitabının aparılması
• Ödəmə hesablarının müddətlərinə görə məsuliyyət daşımaq (nağd/bank, tədarükçü, razılaşma tərəfi ilə müştəri hesabı qeydləri, daxilolma və ödəmə müddətləri)
• Mühasibat kitabı hesablarının yekunlaşdırılması və aylıq balanslarının hazırlanması
• Maliyyə balanslarının hazırlanması (mənfəət-ziyan, nağd pulun axışı və s.) və Mərkəzi mühasibat departamentinə aylıq idarəetmə hesabatlarının təqdim edilməsi
• Rəsmi bəyannamələrin hazırlanması və zamanında müvafiq yerlərə təqdim edilməsi (vergi orqanları, ictimai təhlükəsizlik qurumları və s.)
• Bank, müştəri və tədarükçü hesabları üzrə müqavilələrin vaxtaşırı olaraq yerinə yetirilməsi
• Maaş cədvəllərinin hazırlanması və sabit qiymət qeydlərinin aparılması,
• Yerli GAP və İFRS proqramlarında vaxtaşırı olaraq maliyyə hesabatlarının hazırlanması,
• İxracat və idxalat prosesinin dəstəklənməsi
• Büdcənin tərtib edilməsi və gələcək layihələrin hazırlanmasında iştirak etmək

Tələb olunan keyfiyyətlər:

• Universitet məzunu
• İngilis və/və ya Türk dilini yüksək səviyyədə bilən
• Minimum 6 il oxşar vəzifədə işləmə təcrübəsinə malik olan
• Qanunvericilik tələbləri çərçivəsində bütün mühasibat əməliyyatlarını qeydiyyata almaq üçün maliyyə müşavirləri ilə birlikdə işləyə bilən
• Pərakəndə sektorunda tərcübəsi olan və arzu olunur ki, idxalat və ixracatın həyata keçirilməsi məsələsi üzrə biliyə malik olan

Bacarıqlar:

• Çox millətli/mədəniyyətli bir mühitdə işləyə bilən
• Qrupun yaxşı üzvü və güclü kommunikasiya bacarığı olan
• Nəticəyə orientasiya edilmiş, yüksək məsuliyyət hissi olan və təzyiq altında işləyə bilən

Please send your updated English resume to [email protected] 

Mənbə: JobSearch.az

1 Komment

  1. Ehmedov ilkin 03 Aprel 2021

    Satıcı iş elanı

Şərh yazın

Xəbərlər