Vakansiya! YapıKredi bankdan departament müdiri elanı

Vakansiya! YapıKredi bankdan departament müdiri elanı

Bankın struktur bölmələrinin həyata keçirdiyi əməliyyatların təhlili və riskin azaldılmasına yönəlik tövsiyyələr verməlidir

Vakansiya: Daxili Nəzarət Departament müdiri
Şirkət: YapiKredi Bank    
Bitmə tarixi: 2012-12-22         

Elanın tarixi: 2013-01-21

Tələblər:

• Ali təhsil;
• Daxili Nəzarət/Audit sahəsində ən azı  4(dörd) il iş təcrübəsi;
• Bank və Audit şirkətlərində təcrübə;
• Banklar haqqında qanunvericilik aktları bilikləri;
• Mükəmməl azərbaycan dili və ingilis dili bilikləri.

Əsas iş funksiyaları:

• Bankın struktur bölmələrinin həyata keçirdiyi əməliyyatların təhlili və riskin azaldılmasına yönəlik tövsiyyələrin verilməsi;
• «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikası qanununa uyğunluluq yaratmaqla, müştərilərin, əməliyyatların və xidmətlərin aparılması zamanı  yarana biləcək riskin azaldılması üçün tədbirlər görmək.
• Daxili Nəzarət faliyyətinin təsirliliyini artıra biləcək yeni nəzarət nöqtələrini müəyyən etmək;
• Əməliyyat proseslərinin və müvafiq prosedurların səmərəliliyini və adekvatlığını qiymətləndirmək;
• Daxili nəzarət sisteminin fəaliyyətini qiymətləndirmək və fəaliyyətin yerli qanunlara və daxili qaydalara uyğun aparmaq;
• Törəmə Şirkətlərdə Daxili Nəzarət və Kordinasiya Müdiri ilə birlikdə Daxili Nəzarət personelinin iş fəaliyyəti tənzimləmək və personelin uyğun təlimlər görməsini və uğurlu nəaliyyətlər əldə etməsini təmin etmək;
• İdarə Heyəti və Törəmə Şirkətlərdə Daxili Nəzarət və Kordinasiya Müdirinin verdiyi tapşırıqları həyata keçirmək;
• Tabeçiliyində olan personelin iş fəaliyyətinin dəyərləndirilməsini Törəmə Şirkətlərdə Daxili Nəzarət və Kordinasiya Müdiri ilə birgə hazırlamaq.

Namizədlər özləri haqda məlumatı (CV) bu ünvana göndərə bilərlər: [email protected]

Mənbə: jobsearch.az

0 Komment

    Şərh yazın

    Xəbərlər