Vakansiya! Finca təşkilatı İnzibati Köməkçi axtarır

Vakansiya! Finca təşkilatı İnzibati Köməkçi axtarır

Ali və ya orta texniki təhsil tələb olunur

Şirkətin Adı:    FINCA Azerbaijan
Vakansiya:     İnzibati Köməkçi
Yüklənib/ Son tarix:     11 dekabr / 27 dekabr
İş yeri:     Şəmkir
E-mail:     [email protected]

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı ŞƏMKİR  filialı üçün İnzibati Köməkçi vəzifəsinə işçi axtarışı elan edir. İnzibati Köməkçi filialdaki ofis ləvazimatlarının və avadanlıqlarının təchizatına nəzarət edəcək, göndərilən sənədlərini nizamlayacaq və lazımi inzibati dəstək göstərilməsinə məsul olacaq.

İnzibati Köməkçi vəzifəsi üçün tələb olunanlar:

  • Ali və ya orta texniki təhsil;
  • Peşəkar ofis mühitində müəyyən təcrübə. Xarici təşkilatda iş təcrübəsi olanlara üstünlük veriləcək;
  • Azərbaycan dilində sərbəst danışmaq və yazmaq. Rus və İngilis dilini bilənlərə üstünlük veriləcək;
  • Microsoft Office proqramları ilə işləmək və sürətli çapetmə bacarığı;
  • Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı;
  • İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
  • İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
  • Müştərilərlə davranış etikası.

FINCA Azerbaijan öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV)  27 Dekabr 2012-ci il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№576/12) qeyd etməklə göndərə bilərsiniz.

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:

Ünvan: Şəmkir şəhəri, S.Vurğun küç 179
Telefonlar: (0241) 5 45 37; (055) 455 25 78

FINCA Azerbaijan haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.

Mənbə: azerjobs.com

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər