
Vakansiya! KredAqro BOKT Kredit mütəxəssisinə 1000 AZN-ə qədər əmək haqqı təklif edir
İqtisadiyyat, riyaziyyat və ya idarəetmə sahəsi üzrə ali təhsil tələb olunur
Maaş: 800 - 1000 AZN
İşəgötürən: KredAqro BOKT
Vakansiya: Kredit mütəxəssisi
Şəhər: Sumqayıt
Yaş: 28 - 40
Təhsil: Ali
İş təcrübəsi: 3 ildən 5 ilə qədər
Telefon: (012) 564 27 90
E-mail: [email protected]
Elanın tarixi: Dekabr 07, 2012
Bitmə tarixi: Yanvar 06, 2013
İş barədə məlumat
- Təlim keçmiş və sınaq müddətində olan Kredit işçilərinin praktik öyrədilməsini təmin etmək, onlar tərəfindən aparılan marketinq fəaliyyətlərində, biznes yoxlama səfərlərində lazım olduqda iştirak etmək və onların kredit mütəxəssisi kimi hazırlanmasında fəal iştirak etmək
- Filialın kredit portfelinin keyfiyyətini təhlil etmək, filialın maliyyə analizini aparmaq
- Filialın xidmət göstərdiyi ərazidə maliyyə bazarını araşdırmaq və müştərilərin cəlb olunması, onlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün təkliflər vermək
- Kredit mütəxəssisləri tərəfindən monitorinqlərin vaxtında və düzgün aparılması işinin təşkili və ona nəzarət etmək
Namizədə tələblər
- İqtisadiyyat, riyaziyyat və ya idarəetmə sahəsi üzrə ali təhsili
- Maliyyə-kredit sahəsində an azı 3 (üç) il təcrübə
- İdarəetmə və liderlik bacarığı
- Hüquq və idarəetmə məsələlərinə, maliyyə xidmətlərinə dair məlumatlı olmaq
- Filialın yerləşdiyi ərazidə kiçik və orta biznesin konyukturası ilə yaxından tanış olmaq
- İqtisadi və biznes təhlilləri aparmaq, riskləri qabaqcadan görmək, onları idarə etməyi bacarmaq
- Kredit portfelinin idarə edilməsinə dair hesabatları tərtib etmək, onları təhlil edərək müstəqil qərar qəbul etməyi bacarmaq
- 1.5.9. İnsan resurslarını idarə etməyi bacarmaq
- Fərdi və komanda şəklində işləmək
- Kompüterdən istifadə etməyi bacarmaq (MS Windows, Word və Excel)
Mənbə: boss.az
0 Komment
Şərh yazın