
Vakansiya! Marketinq sahəsində özünə güvənənlər üçün elan
İqtisadi və ya müvafiq ali təhsil tələb olunur
Vakansiya: Marketinq şöbəsi üçün mütəxəssis
Şirkət: İnkişaf üçün Maliyyə MMC
Elanın tarixi: 2012-12-04
Bitmə tarixi: 2013-01-03
“İnkişaf üçün Maliyyə” MMC bank olmayan kredit təşkilatı marketinq şöbəsi üçün əməkdaş axtarır.
Marketinq mütəxəssisi üçün ilkin tələblər:
İqtisadi və ya müvafiq ali təhsil
Maliyyə xidmətləri sahəsində ən azı 2 illik marketinq təcrübəsinin olması arzuolunandır
Araşdırma və təqdiqat bacarıqlarının və təcrübəsinin olması
Peşəkar ünisyyətqurma və danışıq vərdişlərinin olması;
Azərbaycan dili, Rus dili və İngilis dillərini bilmək, komputer proqramlarında işləmək bacarığı.
Marketing mütəxəssisinin görəcəyi əsas işlər:
Hədəf seqmentlərinin müəyyən edilməsi, seqmentlərin tələblərinin spesifikasiyalarının öyrənilməsi,
Satış üsulları, alətləri və kanallarının müəyyən olunması
Məsullarla bağlı araşdırma: mövcud məhsulların hədəf seqmentin tələblərinə uyğunluğunun qiymətləndirilməsi, yeni məhsulların hazırlanması
Bazar potensialı ilə bağlı gələcək proqnozların hazırlanması
Bazarın vəziyyətində baş verən dəyişikliklərə cavab vermək məqsədi ilə maliyyə xidmətləri bazarının, digər əlaqəli sahələrin və rəqabət mühitinin dövri qiymətləndirilməsi, təhlili və bunun əsasında müəssisənin xidmətlərinin rəqabət səviyyəsinin müəyyənləşdirilməsi;
Filialların və digər bölmələrin işçiləri ilə birlikdə müxtəlif rayonlarda marketinq tədbiqlərinin həyata keçirilməsi (mövcud və potensial müştəri seqment və qrupları ilə görüşlərin, sorğuların keçirilməsi və s)
Filialların açılması üçün yeni regionlarin seçilməsi, mövcud və potensial regionların potensialının, rəqabət mühitinin, iqtisadi fəallığının və kreditləşmə üçün lazım olan digər istiqamətlərdə təhlil olunması, qiymətləndirilməsi və müvafiq hesabatların hazırlanması;
Brending
Məhsulun bazara yeridilməsi və satışında iştirak edən personala (filial müdirləri, kredit mütəxəssisləri, müştəri xidmətləri menecerləri və s) birbaşa marketing üzrə təlimlərin keçirilməsi
Marketing tədbirlərinin və alətlərinin keyfiyyət və səmərəliliyinin ölçülməsi/monitorinqi/təhlili
Sənədlər aşağıdakı faks və ya elektron poçt ünvanlarında qəbul edilir:
Faks: (994 12) 492 77 63 (daxili 11)
E-poçt: [email protected]
Zəruri qeydlər:
1. Ərizələrin (CV-lərin) qəbulu 12 dekabr 2012-ci il tarixinədək davam edəcəkdir.
2. Ərizələrdə (CV-lərdə) sizi qane edəcək əmək haqqı məbləğini mütləq qeyd edin.
3. Ərizələri (CV və ya Resumeləri) e-mail ünvanımıza göndərərkən mövzu yerinə "marketing şöbəsinə” yazmağınız xahiş olunur.
4. Yalnız müsabiqəyə dəvət olunan şəxslərlə əlaqə saxlanılacaq.
Mənbə: jobsearch.az
0 Komment
Şərh yazın