
Vakansiya! Tanınmış şirkətdən HR koordinator vəzifəsi üzrə işçi elanı
İş müqaviləsinin tərtib edilməsi və bağlanması üçün lazımi sənədlərin toplanmasını həyata keçirəcək
Şirkətin Adı: Engin
Vakansiya: Bölgələr üzrə HR Koordinator
Yüklənib/ Son tarix: 04 dekabr / 04 yanvar
İş yeri: Baku
E-mail: [email protected]
İş yerinin təsviri: Ofis (İdarə)
Şöbə: HR
İş tapşırıqlarını: HR menecerdən alır
Səlahiyyətlər/öhdəliklər:
- Bölgələrdə HR proseslərin təşkili: heyətin seçimi, adaptasiyası, qiymətləndirilməsi, motivasiyası və inkişafı, kargüzarlıq, işçi heyətin tərkibi haqqında hesabatların tərtib edilməsi, əmək bazarının təhlili, işçilərin rəy sorğusunun keçirilməsi.
Vəzifəyə dair irəli sürülən tələblər:
- Təhsil: minimum HR, Psixologiya üzrə Bakalavr dərəcəsi,
- İş təcrübəsi: HR sahəsində 2 il (üstünlük verilir)
- Xarici dil bilikləri: Rus və ingilis dilləri
- Kompüter bilikləri: MS Office proqramlarını mükəmməl bilmək
Peşəkar bacarıqlar:
- Firmanın ümumi məqsədlərinin dərk edilməsi və onlara əsasən fəaliyyət;
- Uzunmüddətli məqsədlərin müəyyən edilməsi və həyata keçirilməsi;
- Müsahibə almaq qabiliyyəti
- Kadrların idarə olunması sistemlərinin bilgisi
- Motivasion faktorları bilməsi
- Kadrların kargüzarlıq işini bilməsi
Peşəkar əməkdaşlığa kömək edən şəxsi keyfiyyətlər:
- Yüksək kommunikasiya qabiliyyəti (şifahi və yazılı)
- Yüksək məsuliyyət hissi, dəqiqlik
- Yüksək şəxsi standartlar və etika
- İşgüzarlıq
- Şəxsi intizam və məhsuldarlıq
Əsas tapşırıqlar/öhdəliklər:
- Bölgə filiallarının tələblərinə uyğun olaraq işçi heyətinin seçimi və qəbulu
- Qüvvədə olan ştat cədvəlinə əsasən mövcud vakant yerlərə nəzarət
- Namizədlərin məlumatlar bazasının hazırlanması və CV-in arxivləşdirilməsi
- İşçilərin məlumatlar bazasının doldurulması
- Namizədlərin testləşdirilməsinin təşkili
- Filiallarda namizədlərin müsahibədən keçirilməsi
- Yeni işçilərin adaptasiyasının təşkili və ümumi hissəsinin keçirilməsi
- Korporativ treninqlərin keçirilməsi və funksional treninqlərin təşkili
- İşçilərin motivasiyasının artırılması istiqamətində mütəmadi iş
- Əmək bazarnın, iş şəraitlərinin və əmək haqqlarının təhlili və onların əsasında tövsiyə və təkliflərin hazırlanması
- İşçilərin rəy sorğusunun hazırlanması, təşkili, həyata keçirilməsi və nəticələr üzrə hesabatın hazırlanması
- Əməkdaşlar arasında münaqişə hallarının həlli
- Daim şirkətin iş Prinsiplərini və Dəyərlərini dəstəkləmək və reklam etmək
- İş müqaviləsinin tərtib edilməsi və bağlanması üçün lazımi sənədlərin toplanması
- İş müqaviləsinin hazırlanması
- İşə götürmə, işdən azad etmə, məzuniyyət və s. haqqında əmrlərin hazırlanması
- Xəstəlik kağızının və hamiləliyə görə məzuniyyətin rəsmiləşdirilməsi
- Arayışların hazırlanması (əmək haqqı, xasiyyətnamə haqqında)
- HR hesabatların hazırlanması
Mənbə: azerjobs.com
0 Komment
Şərh yazın