Vakansiya! Finca təşkilatı Məlumat Daxiletmə Operatoru axtarır

Vakansiya! Finca təşkilatı Məlumat Daxiletmə Operatoru axtarır

Riyazi hesablama aparmaq qabiliyyəti və hesabat vermək bacarığı tələb olunur

Şirkətin Adı:    FINCA Azerbaijan
Vakansiya:  Məlumat Daxiletmə Operatoru /1
Yüklənib/ Son tarix:     03 dekabr / 17 dekabr
İş yeri:     Cəlilabad
E-mail:     [email protected]

 FINCA Azerbaijan Qeyri-Bank Kredit Təşkilatı CƏLİLABAD filialı üçün Məlumat Daxiletmə Operatoru vəzifəsinə işçi axtarışı elan edir. Məlumat Daxiletmə Operatoru filial daxili müştərilərin gündəlik ödənişlərini mövcud məlumat bazasına daxil edəcək və gecikmə hesabatlarını hazırlayacaq.

Məlumat Daxiletmə Operatoru vəzifəsi üçün tələb olunanlar:  

  • Ali təhsil (mühasibat, riyaziyyat və iqtisadiyyat arzuolunandır);
  • Microsoft Office proqramlarını (əsasən MS Excel) yaxşı bilmək və sürətli çapetmə bacarığı;
  • Riyazi hesablama aparmaq qabiliyyəti və hesabat vermək bacarığı;
  • Gərgin iş qrafikində işləmək və vaxtında tapşırıqları yerinə yetirmək bacarığı;
  • İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
  • Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı;
  • İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
  • Kredit əməliyyatlarında iş təcrübəsi müsbət hal kimi nəzərə alınır.

FINCA Azerbaijan öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, xahiş edirik, öz tərcümeyi-halınızı (CV) 17 Dekabr 2012-ci il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№560/12) qeyd etməklə göndərə bilərsiniz.

 Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

 Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:

Ünvan: Cəlilabad  rayonu, Azərbaycan küçəsi (Hərbi Komissarlıqla üzbəüz);       

Tel: (0114) 5 54 91;

FINCA Azerbaijan haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.

0 Komment

    Şərh yazın

    Xəbərlər