
VAKANSİYA! Vijn Fond AzərKredit MMC 800 AZN əmək haqqı təklif edir
JOB TITLE: Regional IT Specialist ( Göyçay branch )
EMPLOYER: Vision Fund AzerCredit LLC
PUBLISHED: 2012-11-16
DEADLINE: 2012-12-16
AzərKredit hazırda Göyçay nümayəndəliyi üçün Regional İT Mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir (tam iş günü). Xanım namizədləri aktiv olmağa çağırırıq.
Bu vəzifənin əsas məqsədi AzərKredit təşkilatının Mingəçevir və Ağcabədi filialları, habelə Göyçay, Ağdam, Ağdaş, Yevlax və Zərdab nümayəndəliklərinin İT dəstəyinin verilməsidir. Bundan əlavə olaraq, Regional İT Mütəxəssisi digər Regional İT Köməkçilərinə rəhbərlik edəcək.
Əsas vəzifə və öhdəlikləri:
• Şirkət kompüterlərinin, şəbəkə və digər ofis avadanlıqların saz vəziyyətdə saxlanılması, avadanlıq, proqram, periferiya və printerləri dəstəklənməsi;
• Regionlarda şəbəkə və internet infrastrukturunun quraşdırılması və ofis avadanlıqlarının dəstəklənməsi;
• Microsoft Office, Anti-Virus sistemlərinin, firewall, Microsoft Windows XP/Vista/Seven və s. əməliyyat sistemlərinin yüklənilməsi;
• Regional ofis şəbəkəsinin, kompüterlərin antivirus proqramının idarə edilməsi, spam-lardan qorunma, antivirusların yenilənməsi;
• Microsoft Windows XP/Vista/Seven və Microsoft Office proqramlarının istifadəçilər tərəfindən tətbiq olunması üzrə təlimdə köməklik etmək;
• Regional ofislərdə İT məsələlərinin idarə olunmasında köməklik göstərmək, istifadəçilərə məsləhətlər vermək və təlimlər keçirmək. Məlumat bazası sisteminin əlavə ehtiyat hissəsinin köçürülməsi və İT təhlükəsizliyinin təmin olunması;
• Regional filiallarda İT layihələrinin icrasında iştirak etmək;
• İT məsələləri və bununla əlaqədar edilən ezamiyyətlər haqqında məlumatları İT/MIS şöbəsinin müdirinə email vasitəsi ilə məruzə etmək;
• İT və MİS şöbəsinin müdiri və İdarə Heyəti tərəfindən verilən digər tapşırıqların icrası.
Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:
• İT sahəsi üzrə ali təhsil;
• Windows XP/Vista/Seven sahəsində sərbəst şəkildə işləyə bilmək bacarığı;
• İT sahəsi üzrə ən azı iki il iş təcrübəsi;
• MS Office və mail sahəsində sərbəst şəkildə işləyə bilmək bacarığı;
• Şəbəkə və İnternet servisləri haqqında habelə, Ethernet texnologiyaları, NAT, routing, firewall, məsafədən idarə olunma üsulları, WAN, LAN və VPN/İPsec haqqında biliklərə malik olmaq;
• Avadanlıq, proqram təminatı, periferik və printer məsələləri ilə bağlı olan nasazlıqların aradan qaldırılması sahəsində bilik və təcrübəyə malik olmaq;
• Azərbaycan və ingilis dillərində sərbəst şifahi və yazılı biliklərə malik olmalı, rus dili bilikləri də arzu olunandır.
• Lazım olanda, İT və təlim tədbirlərində iştirak etmək məqsədi ilə ezamiyyətə getmək;
• Əla ünsiyyət qurma bacarıqları;
AzərKredit rəqabətli bir mühitdə fəaliyyət göstərir və təşəbbüskar, daim inkişafda olan dinamik namizədlər axtarışındadır. Yuxarıdakı tələblərə cavab verən maraqlı namizədlərdən xahiş olunur ki, AzərKredit-in iş üçün anket formalarını (CV), hansı ki, namizədlərin bu vəzifəyə olan maraqlarını ifadə edir, dolduraraq 2 dekabr 2012-ci il tarixinədək təqdim etsinlər. AzərKredit-in iş üçün elektron anket forması aşağıda göstərilmiş e-mail vasitəsilə də təqdim oluna bilər.
İşə qəbul anketini http://azercredit.az/az/career/how_to_apply saytından yükləyə və ya təşkilatımızın Mingəçevir, Ağcabədi filiallarından və ya Göyçay, Ağdam, Ağdaş, Yevlax, Zərdab nümayəndəliklərindən əldə edə bilərsiniz.
Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Göyçay nümayəndəliyinə Regional İT Mütəxəssisi). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.
Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Aylıq əmək haqqı: 500 – 800 AZN (xalis)
E-ünvan: [email protected]
Faks: +99412 597 30 39
Mənbə: jobsearch.az
0 Komment
Şərh yazın