
Vakansiya! Finca təşkilatı Daxili Nəzarət İnspektoru axtarır
Şirkətin Adı: FINCA
Vakansiya: Daxili Nəzarət İnspektoru
Yüklənib/ Son tarix: 12 noyabr / 26 noyabr
İş yeri: Bakı
E-mail: [email protected]
Hal-hazırda “FINCA Azerbaijan” BAŞ OFİSİ üçün Daxili Nəzarət İnspektoru vəzifəsinə işçi axtarışı elan edir. O, kredit əməliyyatının fəaliyyət göstərdiyi bütün ərazilərdə işləyəcək və Meneceri tərəfindən göstərildiyi kimi fəaliyyətin daxili siyasət və qaydalara uyğun olmasını yoxlayıb siyasətə riayət olunmayan hallar haqqında Daxili Nəzarət Menecerinə hesabat verəcək.
Daxili Nəzarət İnspektoru aşağıdakı əsas iş funksiyalarını icra etməlidir:
- Bütün kredit xidmətləri və kassa əməliyyatlarına nəzarət etmək;
- İşçi Heyəti tərəfindən siyasət və qaydalara riayət olunmasını yoxlamaq;
- Yoxladıqları haqqında Daxili Nəzarət Menecerinə hesabat vermək.
Tələb olunan keyfiyyətlər:
- Biznes/ kommersiya yönümlü olmalı;
- Şəxslər arasında geniş əlaqəyaratma və ünsiyyət vərdişlərinə malik olmalı.
- Beynəlxalq şirkətdə maliyyə sahəsi üzrə kompüter proqramları daxil olmaqla muhasibat və maliyyə təcrübəsinə malik olmalı;
- Kredit sahəsində müəyyən təcrübəyə malik olanlara üstünlük verilir;
- Kompüter proqramlarını bilməli (Microsoft Office);
- Yaxşı riyazi təhlil etmə vərdişlərinə malik olmalı;
- Azərbaycanca sərbəst oxuyub yazmağı bilməli. Rus və ingilis dillərini bilənlərə üstünlük verilir;
Əlavə məlumat:
Seçilmiş namizədin Azərbaycanın rayon və şəhərlərinə tez-tez səfər etmək imkanı olmalıdır.
FINCA Azerbaijan öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.
Ərizələrin son qəbul günü 26 Noyabr 2012-ci ildir və CV-nizi [email protected] elektron ünvanına mövzu yerində vəzifəni və iş elanının nömrəsini (№526/12) göstərməklə göndərə bilərsiniz.
Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!
Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:
Bakı şəh., C.Cabbarlı küç., 44, Caspian PLAZA, III bina, 8-ci mərtəbə. Faks: 596 33 87
FINCA Azerbaijan haqqında ətraflı məlumat bu www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.
Mənbə: azerjobs.com
0 Komment
Şərh yazın