
Vakansiya! Regionda baş mühasib işləyib 1500 manat qazanmaq imkanı
Təşkilat: Şəmkir Quşçuluq MMC-yə
Vəzifə: Baş mühasib
(Şəmkir, Gəncə və Qazax regionlarında yaşayanlara üstünlük verilir)
Qısa məlumat:
Şəmkir Quşçuluq MMC AtaHoldinq Şirkətlər Qrupuna daxildir. "Şəmkir Quşçuluq” fabriki yumurtalıq və ətlik istehsal sahəsində ixtisaslaşmış təsərrüfatdır. 2005-ci ildə təsərrüfat yenidən qurulmuş və genişləndirilmişdir. Burada yumurta və broyler sexlərindən başqa, ən müasir avadanlıqla təchiz edilmiş yem sexi, kəsim, emal sexi və yeni inkubator binası tikilmişdir.
Əmək haqqı: 1000-1500 manat
Tələblər:
• Ən azı 3-il mühasibatlıq sahəsində təcrübə
• 1c proqramında işləmə bacarığı
• Microsoft Office proqparmlar paketindən istifadə bacarıqları (Word, Excel, və digərləri)
Görüləcək işlər:
• Mühasibat uçotunun qurulması və nəzarətin təşkili
• Əsas vəsaitlərinin uçotu və təşkili
• Yerli dövlət orqanlarına (vergi, DSMF, statistika) hesabatların hazırlanması və təqdim edilməsi
• Maya dəyərinin hesablanması
• Pul vəsaitlərin uçotunun təşkili
• Aylıq maliyyə hesabatlarının hazırlanması (balans, mənfəət zərər, pul hərəkəti, kapital dəyişmələri)
• Gəlir və xərc büdcəsinin tərtib edilməsi və büdcənin icrasına nəzarət
Xahiş olunur CV-nizi [email protected] ünvanına göndərəsiniz.
0 Komment
Şərh yazın