Vakansiya! Bankda BÖYÜK Mühasib işləmək istəyənlər üçün

Vakansiya! Bankda BÖYÜK Mühasib işləmək istəyənlər üçün

Vəzifə: Böyük mühasib

İşəgötürən: Parabank
Vəzifəyə olan tələblər:
-          Ali təhsil (mühasibat uçotu, maliyyə-kredit, audit, hüquq);
-          Bank işində minimum 5 illik təcrübə;
-          Microsoft Office proqramlarında işləmə bacarığı;
-          Azərbaycan dili – mükəmməl;
-          Rus dili yaxşı səviyyədə;
 -         Yaş həddi 30-45 

Peşəkar tələblər:
o Mühasibat uçotu, bank işi və ya iqtisadiyyat sahəsində ali təhsilin olması;
o Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) haqqında anlayış və onların tətbiqi təcrübəsinə malik olması;
o Daxili audit prosesinin  təşkili üzrə bacarıqlara malik olması;
o Daxili nəzarət sistemlərinin və prosedurlarının yaradılması və risklərin idarə olunmasının qiymətləndirilməsində yüksək səviyyəli səriştəyə malik olması;
o Qüvvədə olan Azərbaycan Respublikasının qanunvericiliyini və AMB-nin normativ xarakterli aktlarını bilməsi;
o Iki illik yüksək rütbəli vəzifədə qazanılmış təcrübə də daxil olmaqla, bank işi sahəsində bütövlükdə minimum beş illik təcrübəyə malik olması;
o Bank əməliyyatlarının bütün aspektləri ilə tanış olması;
o Departament işlərini planlaşdırma bacarığına malik olması;
o Müvafiq proqram təminatları, iş və riyazi təfəkkür qabiliyyəti;
 
Vəzifə öhdəlikləri:     
 
• Şöbənin ümumlikdə işinin idarə edilməsi;
• Şöbə üzrə aylıq görülmüş işlərə görə Departament direktoruna daimi hesabatın verilməsi;
• Bankın mühasibat uçotun siyasətinin göstərişlərini görülən işlərdə icra edilməsi;
• Bankın Mərkəzi Apparatında elektron bazasında gün ərzində yığılmış mühasibat yazılışların daxili qaydalarında nəzardə tutulan  limit çərçivəsində təsdiq edilməsi;
• Bank üzrə elektron bazasında mühasibat uçotu işinin təşkilinə daimi nəzarətin aparılması;
• Bank üzrə aparılan bütün əməliyyatların  balans və balansdankənar hesabatında düzgün və tam əks olunmasına nəzarətin edilməsi;
• Bank üzrə personalın əmək haqqının, məzuniyyələrin, xəstəlik müavinətlərin, son haqq-hesabların hesablanmasına və ödənilməsinə daimi nəzarətin edilməsi;
• Bank üzrə əsas vəsaitlərin uçotuna və aylıq amortizasiya xərclərinin hesablanmasına daimi nəzarətin edilməsi;
• Bankın elektron bazasında aktivlər üzrə ehtimal olunan zərər üçün ehtiyatların məbləğinin balans məbləği ilə üzləşdirməklə müntəzəm olaraq yoxlanması;
• DSMF-na, DSK-nə və  DVİ-nə periodik  hesabatların  hazırlanmasına  və  təqdim olunmasına daimi nəzarətin edilməsi;
• Banka gələn DSMF, DSK və DVİ tərəfindən sorğularına yazılı cavabların hazırlanmasına  daimi nəzarətin edilməsi;
• Dövlət organları tərəfindən Bankın hesablarına qoyulan sərəncam və icra vərəqələri üzrə icra işinə nəzarətin edilməsi; 
• Hər əməliyyat gününün əvvəlində Bankın Mərkəzi Apparatında xəzinədən dövriyyə kassasına nəğd pul vəsaitlərinin və digər qiymətlilərin mədaxil edilməsində iştirak etmək;
• Bankın Mərkəzi Apparatında balansdankənar hesabların qalıqlarının ayda bir dəfədən az olmamaqla qiymətlilərin çeşidinin sayı ilə üzləşdirilməsini icra etmək;
• Bankın proqram təminatında məlumat bazasının istifadə olunan balans hesabları üzrə işlədənlər arasında dövriyyə-qalıq cədvəlləri üzrə bölünməsinə nəzarətin edilməsi;
• Bankın dairəvi möhürünün və Mərkəzi Apparatında kassanın bunker açarın saxlanılmasına cavabdehlik daşıyır;
• Bankda aparılan bütün əməliyyatların düzgünlüyünə birbaşa cavabdeh olmaqla, həmin əməliyyatların AMB tələbləri, müvafiq bank qanunvericiliyinin müddəaları və bankdaxili prosedurlara uyğun aparılmasına ilkin nəzarətin edilməsi;      
 
CV-ləri Böyük mühasib mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

0 Komment

    Şərh yazın

    Xəbərlər