Vakansiya! Bank risklərinin idarə etmək üçün mütəxəssis axtarılır

Vakansiya! Bank risklərinin idarə etmək üçün mütəxəssis axtarılır

2500  manat təklif olunur

Şirkətin Adı:     Texnikabank
Vakansiya:     Risklərin idarəolunması qrupun rəhbəri
Yüklənib/ Son tarix:     29 oktyabr / 29 noyabr
İş yeri:     Baku
E-mail:     [email protected]
Əmək haqqı:     2000 – 2500 manatdır.
Yaş həddi:       27 – 40

Namizədə dair tələblər:

  •     Təhsili - ali iqtisadi təhsil (ikipilləli ali təhsil sistemində – magistr dərəcəsi);
  •     Ümumi iş staji- azı 3 il;
  •     Bank sahəsində iş staji – azı 2 il;
  •     Azərbaycan dilini mükkəmməl bilmək, inqilis və rus dillərində oxu, yazı və danışıq bacarıqlarına malik olmaq;
  •     Kompüter bacarıqları- Mıcrosoft Offıse və Exsel, xüsusi bank proqramları;

İş üçün lazım olan digər xüsusiyyətlər:

  •     «Banklar haqqında» Azərbaycan Respublikasının Qanunu; «Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün ehtiyatların yaradılması Qaydaları»; «Ödənilməmiş borclar müqabilində banklar tərəfindən əmlakın balansa götürülməsi və qiymətləndirilməsi Qaydaları»; «Azərbaycan Respublikası Mərkəzləşdirilmiş Kredit Reyestri haqqında Qaydaları», habelə kreditləşdirilməsi fəaliyyətinə aid müvafiq normativ və hüquqi aktları;
  •     Azərbaycan Respublikasının Mülki Məcəlləsi;
  •     Digər aidiyyəti normativ hüquqi aktlar.

Vəzifə öhdəlikləri:

  •     Risklərin idarəedilməsi departamentinin şöbələrinin səmərəli idarə olunmasında iştirak etmək, o cümlədən, planlaşdırma, təşkiletmə, motivasiya və nəzarət funksiyalarını həyata keçirmək;
  •     Bankın kredit siyasətini bilmək.
  •     Bankın kredit prosedurlarını bilmək.
  •     Deprtamentin işçiləri arasında vəzifə bölgüsünü aparmaq, təsdiq olunmuş Vəzifə təlimatlarına uyğun olaraq, əməkdaşlar tərəfindən əsas öhdəlik və səlahiyyətlərin dolğun həyata keçirilməsini təmin etmək;
  •     İdarə Heyətinin aidiyyəti qərarlarının, İdarə Heyəti sədrinin əmr və sərəncamlarının icrasını təmin etmək;
  •     Departamentin direktor müavini və şöbə müdirlərinin əməyinin qiymətləndirilməsini aparmaq, digər əməkdaşlarının əməyin qiymətləndirilməsi nəticələrini təsdiq etmək və bu barədə İRD-ə forma üzrə hesabat təqdim etmək;
  •     Risklərin idarəedilməsi departamentinin şöbələrinin əməkdaşlarının daxili intizam qaydalarına riayət etməsini təmin etmək;
  •     Səlahiyyətləri daxilində Departamentin fəaliyyətinə aid məktublara, ərizə və şikayətlərə baxmaq, nəticələrini departament direktoruna məruzə etmək, səlahiyyətləri çərçivəsində daxil olan müraciətləri həll etmək;
  •     Bankda kreditlərin verilməsinin daxili prosedurları və uçotu haqqında qaydalara filiallar tərəfindən riayət edilməsinə nəzarət etmək;
  •     Departamentin illik büdcəsinin layihəsini hazırlamaq;
  •     Bankın kredit portfelinin diversifikasiyasına nəzarət etmək;
  •     Kredit siyasətinin hazırlanmasında iştirak və onun yerinə yetirilməsinə nəzarət etmək;
  •     İri kreditlər üzrə müəyyən edilmiş əmsallara riayyət olunmasına nəzarət etmək;
  •     Bankın kredit portfelinin keyfiyyətinin qənaətbəxş olması sahəsində zəruri tədbirləri həyata keçirmək;
  •     Bankın kredit portfelinin təsnifatının düzgünlüyünə nəzarət etmək;
  •     Kredit biznesini təhlil etmək, kredit limitlərinə və kredit risklərinin idarə edilməsi qaydalarına riayət olunmasına nəzarət etmək;
  •     Zəruri hesabatların bankın rəhbərliyinə təqdim edilməsini təmin etmək;
  •     Departamentin işinin istiqamətləndirilməsində iştirak etmək;
  •     Səlahiyyətlər daxilində göstərişlər vermək;
  •     Bank sirrini qorumaq

Mənbə: azerjobs.com

0 Komment

    Şərh yazın

    Xəbərlər