Vakansiya! Bank of Baku Məlumat Xidməti bölməsinə kiçik ekspert axtarır

Vakansiya! Bank of Baku Məlumat Xidməti bölməsinə kiçik ekspert axtarır

Şirkətin Adı:    Bank of Baku
Vakansiya:     Məlumat Xidməti bölməsinin kiçik eksperti
Yüklənib/ Son tarix:     19 oktyabr / 19 noyabr
İş yeri:     Baku
E-mail:     [email protected]

Əsas vəzifə və öhdəliklər:

  • İstehlak kreditləri layihələri üzrə müraciətçilərin bankdaxili qaydalara əsasən təqdim etdikləri sənədlərin ilkin ekspertizasını aparır
  • Filial tərəfindən təklif edilən bütün növ məhsul və xidmətlər üzrə müraciətçilərə ilkin məlumatları verir və müraciətçilərin istəyinə əsasən onları müvafiq bölmələrə yönəldir
  • Müştərilərin sorğularını cavablandırır
  • Daxil olan və çıxan məktubların, dövri nəşrlərin qeydiyyatını aparır
  • Filiala olunan telefon zənglərinə cavab verir, zərurət olduqda müraciətçilərə və müştərilərə filial tərəfindən təklif edilən bütün növ məhsul və xidmətlər üzrə ilkin məlumatları verir
  • Növbənin avtomatik idarəedilmə sistemi ilə bağlı filiala daxil olmuş şəxslərin suallarına cavab verir və lazım olduqda onlara köməklik göstərir

Tələb olunan kriteriyalar:

  • Ali təhsil ( ali iqtisadi təhsilin olması üstünlük təşkil edir)
  • Bank işi sahəsində bilik/təcrübənin olması üstünlük təşkil edir
  • Məntiqi düşünmək, detallara diqqət etmək qabiliyyəti
  • Təşkilatçılıq bacarığı
  • Əla ünsiyyət qurmaq bacarığı
  • Məsuliyyətli və dəqiq
  • Azərbaycan və Rus dillərini əla bilmək
  • MS Office proqramlarında işləmək bacarığı

Yuxarıdakı tələblərə uyğun namızədlər “Subject” qrafasında “Melumat xidmeti” yazmaqla öz CV-lərini və ya bankın saytında http://www.bankofbaku.com/az/hr-category/cv-forma.html  əldə edilmiş “İşə müraciət formu”nu (şəkillə birlikdə) Azərbaycan dilində [email protected]  ünvanına göndərə bilərlər. Xahiş edirik, telefon vasitəsilə müraciət etməyəsiniz.

Mənbə: azerjobs.com

0 Komment

    Şərh yazın

    Xəbərlər